İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.
Ayətullah Hacı Şeyx Əbdül-Hüseyn Lənkərani Mirzə İbrahimin oğludur. İslamınn böyük və adlı-sanlı fəqihlərindən və müdriklərindən, Qum elmiyyə ocağının mücahidlərindən biridir. O, 1910-cu ildə Lənkəranın “Dağ-bulaq” dağının ətəklərində yerləşən Yel-ağacı adlı gözəl bir kəndində anadan olmuşdur.
Uşaq çağlarından Lənkəranın Yazqrah və ya Şıxlı kəndində yaşayan və o məntəqənin fəzilətli alimlərindən hesab olunan dayısı Şeyx Əlidən Quran və təcvid elmini öyrənir. Dayısının vəfatından sonra bir neçə alimdən fars və ərəb dilinin müqəddimat dərslərini öyrənir. 18 yaşında ikən (1927-ci ildə) bolşeviklərin din və islam əleyhinə yönəldilən siyasəti nəticəsində İrana mühacirət edir və Ərdəbil şəhərində sakin olur. Ərdəbil şəhərində “Molla İbrahim” adlı mədrəsədə müqəddimatın orta və ali səviyyəsini həmin mədrəsənin bilikli ustadlarından öyrənir. Ərdəbildə məşhur ustadlarından Şeyx Həsən aqa Tahiri və Hacı Mirzə İbrahim Kələntərinin adını qeyd etmək olar.
Onun Ərdəbildə qalması on il çəkir. Ərdəbildə çoxlu fəaliyyət edib, gecə-gündüz təhsil və tədrislə məşğul olurdu və tanınmış müdərris idi. Gün ərzində fiqh, üsul və müqəddimatdan altı dərs verirdi. Bunlardan ikisi sübh azanından əvvəl idi. Bununla yanaşı Şeyx Ənsarinin “Məkasib” kitabından dərs deməyə başlayır. O zamanlar İranda hakimiyyətdə olan Rzaxan dini və məzhəbi fəaliyyətlərə qarşı şiddətlə mübarizə aparırdı, ruhanilərə və qadınların hicabının qarşı idi, amma bütün bunlarla yanaşı, Şeyx Əbdül-Hüseyn öz ictihadi və dini fəaliyyətlərini məhz bu dövrdə başlayır. Ərdəbildə “cavanlar cəmiyyəti” təşkil edən ilk fəzilətli tələbə olur, onlarla müxtəlif iclaslar və bəzi mövzularda dərslər təşkil edir. Alim artıq ictimaiyyət içində ulduz kimi parlayırdı. Amma bir çoxlarının kin və narahatçılığı bu işdə özünü göstərir. Bəziləri ona deyirdilər: “Siz Azərbaycanı xarab etmisiniz, indi isə gəlmisiniz buranı viran edəsiniz?”. Şeyx bütün bunlarla yanaşı, öz həyatında çoxlu çətinliklərlə qarşılaşmışdı. Əvvəllər bir müddət Lənkəranda öz ailəsindən ona kömək gəlirdi. Amma çox çəkmədi ki, o da kəsildi. Bundan sonra alim bəzi ev əşyalarını satmaqla öz yaşayışını təmin etməyə məcbur olur. 1938-ci ildə Rzaxan hökuməti tərəfindən ruhanilərin libaslarının çıxarılması haqqında əmr verilir. Şeyx Əbdül-Hüseyn və başqa azərbaycanlı tələbələr İran vətəndaşı olmadıqlarına və İran qanunlarına e`tiraz etdiklərinə görə həbs edilir, bir çoxları ilə birlikdə Semnan şəhərinə sürgün olunurlar. O sürgündə Semnan şəhərinin “Sadiqxan” mədrəsəsində sakin olur. Bu müddətdə həm mədrəsədə dərs verir, həm də “Şah” məscidində camaatnamazı qılırdı. Bir müddətdən sonra Ələvi (seyyidə) bir qadınla evlənir və onun evində qalır. Sürgündə olduğuna görə Şeyx hər gün şəhər sovetində hazır olmalı və sürgündə olanlara məxsus dəftər imzalamalı idi. Başqa sözlə, dövlət məmurlarının ciddi nəzarətində idi. Başına əmmamə qoymağa və ruhani libası geyməyə icazə verilmirdi.
1940-cı ildə hökumət məmurları onun sürgünlük müddətini uzatdılar və bu dəfə onu İranın Zəncan şəhərinə sürgün etdilər. O zaman Zəncan şəhərinin elmi mərkəzlər arasında məxsus yeri var idi. Şeyx Əbdül-Hüseyn burada “Mədrəseyi Seyyid”də orta səviyyədə dərs verməklə yanaşı, üsul və fiqh dəslərini yüksək səviyyədə Zəncanın seçilmiş ustadlarından öyrənməyə başlayır. Onlardan Ayətullah Şeyx Fəyyaz Zəncani (Şeyx Hadi Tehraninin şagirdlərindəndir), Ayətullah Seyyid Məhmud Zəncanın və başqalarının adını qeyd etmək olar. O, Ayətullah Seyyid Məhmudu çox hörmətlə yad edir, onu özünün elmi və ictimai fəaliyyətlərində müvəffəq olmasının əsl səbəbkarı bilir. Bundan əlavə, Şeyx Zəncanda bəzi fəlsəfə və hikmət elmi kitablarının (Şəvariqül-islam, Təcridil-əlam) mətnini məhşur alim Ayətullah Seyyid Əbül-Fəzl Musəvi Zəncanidən öyrənir.
1943-cü ildə İran Azərbaycanı, o cümlədən, Zəncanda hökumət Azərbaycan demokrat, partiyasının əlinə keçir və ruslar bir çox yerləri işğal edirlər. Bundan sonra Şeyx, sürgündən azad olunur. Amma Sovet hökumətinin İranda olan məmurları bu şəhərdəki sovet vətəndaşlarının adlarını dövlətə vermişdilər. Alimin də adı orada olduğundan öz vətəninə qayıda bilir. Sovet əsgərləri İranda olan Sovet vətəndaşlarını tutub zindana salırdılar. Bununla əlaqədar olaraq, Şeyx Əbdül-Hüseyn Lənkərani gizli şəkildə öz ailəsi ilə birlikdə Qum şəhərinə gəlir və bu şəhərdə yaşamağa başlayır. O günlərdə Ayətullah Burucerdi hələ Quma köçməmişdi, Qum elmiyyə hövzəsi Ayətullahül-uzma Seyyid Məhəmməd Höccət Kuhkəməri Təbrizinin vasitəsi ilə idarə olunurdu. Şeyx bir müddət Ayətullah Kuhkəmərinin üsul və fiqh xarici dərsində iştirak edir. Bir müddətdən sonra Şeyx bütün dərslərindən ayrılır, yalnız Ayətullah Kuhkəmərinin üsul və fiqh xarici dərsində iştirak edir. Öz dostları Həzrət Ayətullah şəhid Məhəmməd Əli Təbatəbai (Təbrizin imam cüməsi) və Ayətullah Şeyx Sadiq Nəsiri Sərabi ilə ömürünün axırına qədər o dərsdə iştirak edir, onlarla mübahisə edir, habelə ustadın dərsdə dediklərini əlyazma şəklinə salır. 1945-ci ildə Ayətullah Burucerdi Quma gəlir. 1961-ci ilə qədər onun üsul və fiqh xarici dərslərində iştirak edir. Həmçinin dostu Ayətullah Seyyid İzzuddin Hüseyni Zəncaninin təklifi ilə İmam Xomeyninin hikmət və fəlsəfə dərslərində də iştirak edir. Səkkiz il müddətində mərhum Molla Sədranın “Əsfari ərbəə”sini və bəzi əqli elmləri Burucerdidən öyrənir. Bütün bu illər ərzində dərs almaqla yanaşı həm də ali dərəcədə elmi mətnləri tələbələrə tədris edir. Burada yetişdirdiyi tələbələri Semnan və Zəncanda yetişdirdiyi şagirdlərdən çox olur və onları yüksək elmi məqamlara çatdırır.
1961-ci ildə ustadı Həzrət Ayətullah Burucerdi rəhmətə getdikdən sonra sürgün dövründə Semnan şəhərindəki şirin xatirələr səbəbi ilə dini hökmləri təbliğ etmək və öz şəri vəzifəsini yerinə yetirmək məqsədi ilə Semnan şəhərinə gedir. 1980-cı ilə qədər bu şəhərdə ali məqamlı, islamda çoxlu elmi xidməti olan, ictimai və mədəni-maarif məsələlərində yaxından iştirak edən görkəmli bir alim kimi tanınır. Şeyx öz hesabına “Sadiq xan” mədrəsəsində əlavə otaqlar tikdirir (indiki İmam Sadiq mədrəsəsi) və müqəddimati dərsləri tədris etməklə bu mədrəsəni elmi ocaqlardan birinə çevirir. Bundan sonra Qum şəhərinə qayıdır və orada məskunlaşır. Hal-hazırda alim Qum şəhərində yaşayır və ömrünün qocalıq dövrünü keçirir. Özünün dərin elmi məsələhətləri ilə ali dərəcəli fəqihlərdən hesab olunur.
Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:
Отправить комментарий