Avropa İttifaqı bir-birinin ardınca Şərq Bloku ölkələrini və keçmiş Sovet respublikalarını həzm-rabedən keçirməyə başladı. Aydındır ki, istənilən ittifaqa, dövlətüstü birliyə girməklə ölkə könüllü olaraq öz müstəqilliyinin müəyyən hissəsini ümumi strukturlara güzəştə gedir. Avropa Birliyinə girməklə ölkə Avropa Komissiyası adlı quruma tabe edilir və onun tərəfindən idarə olunur. Lakin gəlin görək Avropa Birliyinə qədəm qoymaq həmin ölkənin iqtisafi inkişafına və əhalisinin rifahının yaxşılaşmasına qarantiya verirmi? Ümumilikdə götürdükdə yox - belə hallar müşahidə olunmayıb. Əlbəttə, Polşanı misal gətirmək olar ki, güzaranları pis deyil, amma belə hallar tək-tükdür. Polşa ilk sosialist ölkəsidir ki, hələ o vaxt sosialist düşərgəsinin dağılması üçün effektiv səylər göstərdi və buna görə Qərb tərəfindən iqtisadiyyata ilbəil yeni yatırımlar alır. Lakin belə “görünməmiş səxavət atraksionu” da Polşanı Fransa və Almaniya ilə bir cərgəyə qoymadı. 90-cı illərdə Polşanı santexliklər ölkəsi adlandırırdılar. Polşa fəhlələri kütləvi şəkildə xaricə, elə həmin Almaniyaya və İngiltərəyə axışırlar ki, orda özlərinə həsrətində olduqları bağban və ya su təmiri ustası işi ala bilsinlər. Bu ancaq onu göstərir ki, Polşada heç bir sənaye inqilabı baş verməyib.
Aleksandr Krasnoqorski, “Güzəran və dolanışıq naminə müstəqillikdən imtina ediləcək”
Комментариев нет:
Отправить комментарий