Deyin görək Avropada Latviya elektronikası və Macarıstan avtobusları kimin nəyinə lazımdır? Hələ Bolqar bibərini və yaşıl noxudunu demirik. Avropaya inteqrasiya yalnız ölkələrin yuxarı vəzifəli fırıldaqçılarına lazımdır.
Suverenitetdən inkişaf və rifah naminə imtina etmək lazım gələcək. Bu barədə Peterburqda keçirilən İqtisadi Forumda disskussiya aparılmışdır.
Diskussiyanı Rusiya prezidentinin köməkçisi, Hərbi-Tarixi Cəmiyyətin sədri Vladimir Medinski aparmışdır.
İlk əvvəl gəlin yaxın keçmişə müraciət edək. Avropa İttifaqı bir-birinin ardınca Şərq Bloku ölkələrini və keçmiş Sovet respublikalarını həzm-rabedən keçirməyə başladı. Aydındır ki, istənilən ittifaqa, dövlətüstü birliyə girməklə ölkə könüllü olaraq öz müstəqilliyinin müəyyən hissəsini ümumi strukturlara güzəştə gedir. Avropa Birliyinə girməklə ölkə Avropa Komissiyası adlı quruma tabe edilir və onun tərəfindən idarə olunur.
Lakin gəlin görək Avropa Birliyinə qədəm qoymaq həmin ölkənin iqtisafi inkişafına və əhalisinin rifahının yaxşılaşmasına qarantiya verirmi? Ümumilikdə götürdükdə yox - belə hallar müşahidə olunmayıb.
Əlbəttə, Polşanı misal gətirmək olar ki, güzaranları pis deyil, amma belə hallar tək-tükdür. Polşa ilk sosialist ölkəsidir ki, hələ o vaxt sosialist düşərgəsinin dağılması üçün effektiv səylər göstərdi və buna görə Qərb tərəfindən iqtisadiyyata ilbəil yeni yatırımlar alır. Lakin belə “görünməmiş səxavət atraksionu” da Polşanı Fransa və Almaniya ilə bir cərgəyə qoymadı. 90-cı illərdə Polşanı santexliklər ölkəsi adlandırırdılar. Polşa fəhlələri kütləvi şəkildə xaricə, elə həmin Almaniyaya və İngiltərəyə axışırlar ki, orda özlərinə həsrətində olduqları bağban və ya su təmiri ustası işi ala bilsinlər. Bu ancaq onu göstərir ki, Polşada heç bir sənaye inqilabı baş verməyib.
“Demokratiya yoluna qədəm qoymuş” digər ölkələrin isə bəxti az gətirdi. Onlar Polşa kimi maliyyələşmə ala bilmədilər, amma öz sənayeləri və kənd təsərrüfatları ilə vidalaşmalı oldular.
Deyin görək Avropada Latviya elektronikası və Macarıstan avtobusları kimin nəyinə lazımdır? Hələ Bolqar bibərini və yaşıl noxudunu demirik. Avropaya inteqrasiya yalnız ölkələrin yuxarı vəzifəli fırıldaqçılarına lazımdır. Ölkələrinin suverenliyinə onlar tüpürmək belə istəmirlər, necə ki iqtisadi inkişaf da veclərinə deyil. Onları yalnız özlərinin karyera inkişafı düşündürür, idarəçilik səlahiyyətləri bitəndən sonra öz dallarını hardasa Brüssel tərəflərdə yumşaq kreslolara otuzdurmaq üçün nəyə desən hazırdırlar.
Bir tərəfdən meqakorporasiyaların ağalıq etdiyi müasir qlobal dünyada kiçik ölkələr təklikdə yaşaya bilməzlər. Onlar nəhəng bazarda öz paylarını almaq gücündə deyillər. Bu cür imkanı kiçik ölkələrə yalnız Avrasiya Birliyi verir.
Avropa İttifaqının rəhbərliyi xırda ölkələri əzməklə transnasional giqantların maraqlarını müdafiə edir, həm də “Vaşinqton obkomunun” işarəsi ilə oturub durur. Avropa İttifaqından fərqli olaraq Avrasiya İqtisadi Birliyində isə mərkəzi ölkə giqant Rusiyadır ki, tükənməz təbii resurslara və nəhəng bazara malikdir. Bu sərvət təkcə ərtaf ölkələrə- keçmiş Sovet respublikalarına deyil, çoxlarına çatar.
Hələlik Avrasiya Birliyinə inteqrasiya sırf iqtisadi xarakter daşıyır, yəni müstəqilliyin məhdudlaşdırılması ilə bağlı üzv ölkələrdən heç nə tələb olunmur. Amma bu müvəqqəti yanaşmadır. Qərbin siyasi təsiri zəiflədikcə həmin ölkələrin rəhbərlikləri anlayacaqlar ki, onların Qərbin “proqressiv bəşəriyyəti” ilə ekstazda qaynayıb qarışmaq arzusu puç olmuşdur, sanki kart evi kimi dağılmışdır. Və öz qiymətli dallarını qoruyub saxlamaq üçün ciddi və siyasi şəkildə Sovet İttifaqının parçaları ilə yenidən birləşməyi lazım biləcəklər.
Əlbəttə ki, bu SSRİ 2.0 olmayacaq! Qarşıya qoyulmuş məqsəd o deyil ki, keçmiş bərpa olunsun – məqsəd odur ki, gələcək qurulsun. Elə bir ölkə yaradılsın ki, deqredasiyaya deyil inkişafa, rəqibliyə deyil əməkdaşlığa yönəlsin və öz səlahiyyətlərinin bir hissəsindən ümumi güzaranın yaxşılaşdırılması və xalqların firavanlığı naminə imtina etməyə hazır olan ölkələr üçün qonaqpərvər olsun.
İndi isə Pererburq İqtisadi Forumunda siyasətçilərin məsələ ilə bağlı səsləndirdikləri bəzi maraqlı fikirləri sizin də nəzərinizə çatdırırıq.
İrina Yarovaya:
“Ölkənin suverenliyi tarix dərsliklərindən başlayır”.
“Tarixi suverenlik olmayanda iqtisadi inkişaf sual altına düşür”.
Vladimir Medinski:
“Ölkələrin çoxu iqtisadi rifah naminə suverenliklərindən könüllü imtina edir”.
Aleksandr Myasnikov:
“Müasir dünyada bilikləri informasiya əvəz edir”.
“Aleksandr Nevskinin xidməti odur ki, Rusiya siyasətinin əsas xarici və daxili vektorlarını müəyyənləşdirmişdir”.
“Birinci Pyotr hər şey etdi ki, Rusiya kiminsə koloniyası olmasın”.
Yelena Panina:
“Hal-hazırda Avropa İttifaqı ölkələrində öz suverenliklərinə nail olmaq yolunda böyük cəhdlər var”.
“Ya Rusiya öz severenliyini təkid edir və qoruyur, ya da ölkəmiz böyük məmləkət kimi qala bilməyəcək”.
“Dünyada qlobal təkqütblülük qlobal çoxqütblülüklə əvəz olnur və Rusiyaya vacibdir ki, bu prosesdə öz yerini tapsın”.
Anatoli Torkunov:
“Aleksandr Nevski Rusiya identikliyinin saxlanma liniyasını təyin etdi”.
“1917-ci il inqilabı dövründə Rusiya İmperiyası sənayesinin 60 faizi xarici şirkətlərə məxsus idi”.
Aleksey Puşkov:
“Nəhəng dünya epidemiyaları vaxtı dövlət yeganə sığınacaq sayılır”.
Комментариев нет:
Отправить комментарий