14.06.2021

Bir qoca gördüm

Ağadadaş Əliyev

Qəbristanlıqda gördüyüm bir mənzərənin təsirindən

O gün qəbristanda yaşlı bir qoca
Bir məzar daşını  siğallayırdı.

Dayanıb qocaya baxdım doyunca;
Qoca gah danışır, gah ağlayırdı.

Ömür-gün dostuna giley edirdi
Ömrün şaxtasından, ömrün qarından.

Vəfasız, tək qoydun məni deyirdi,
Təsəlli umurdu uyan yarından.

Ürəyim sıxıldı bu mənzərədən,
Qocanın halına oldum pərişan.

Doğma dünyamızı zinətləndirən,
Ondan zülüm görən insandır, insan.

Qocaya zülümdür bu yaşda təklik,
Nə oğul, nə gəlin hayına çatmaz.

Hamı verə bilər adi təskinlik,
Ömür-gün dostuna heç kim tay olmaz.

Комментариев нет:

Отправить комментарий