Əli Kərimli yazıb: "15 erməni əsirin azad edilməsi müqabilində Ağdam rayonu üzrə ermənilərin yerləşdirdiyi 97 min minanı ehtiva edən xəritələrin alınması 10 noyabr bəyanatından sonra əldə olunmuş ən pozitiv razılaşmadır. Xeyli insanın həyatı xilas olmuş olacaq. Bilirsiniz bu razılaşma kimlərin vasitəçiliyi ilə baş tutub? Gürcüstanın baş naziri İrakli Qaribaşvili, ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel başda olmaqla qonşu Gürcüstanın, ABŞ və Avropa Birliyi rəsmilərinin. Sağ olsunlar.
İstər-istəməz sual yaranır. Əcəba, nəyə görə belə bir razılaşmaya Rusiya nail olmayıb? Rusiya ki, bölgədədir. Rusiya Təhlükəsizlik Şurası 8 dəfə Qarabağdakı vəziyyəti müzakirə edib. Üstəlik, Azərbaycanın da, Ermənistanın da rəhbərliyi Rusiya prezidentinin bir sözünü iki eləməz. Maraqlıdır, Rusiya nədən indiyə qədər belə bir razılaşma əldə etməyib. Varmı bir izahları?"
Əli Kərimlinin statusunun altında hamı Rusiyanı söyür. Bir dənə də normal şərh, onun sualına cavab verən yoxdur. Əvvəlcə cavab vermək istəsəm də, sonra bunu öz səhifəmdə yazmağa qərar verdim.
Mən bu sualın cavabını bilirəm. Ona görə ki, tərəflər bunu məhz Amerikanın "düzüb-qoşmasını" istəyiblər və bilərəkdən belə ediblər. Əgər istəsəydilər, Rusiya vasitəilə də edə bilərdilər. Rusiyanın sülhyaratma missiyasını həzm edə bilməyən ABŞ öz təsir agentləri vasitəsilə dövriyyəyə girərək, təşəbbüsü ələ almağa çalışır. Erməni hakimiyyətinin Qərbpərəst olduğu kimsəyə sirr deyil. Onlar bir çox məsələləri ABŞ və Fransanın diktəsiylə edirlər. Son zamanlar sərhəddə baş verən təxribatlat məhs Paşinyanın Fransa səfəri ilə eyni vaxta düşdü. Məncə, təsadüfi deyil. Kəlbəcərin atəşə tutulmasını da Qərb dairələri təşkil edir və bizdə bunu həvəslə tirajlayanlar var. Xəritəni də onların məsləhəti ilə verərək, Rusiyanı bu sövdələşmədən kənarda saxlamağa çalışıblar. Təbii ki, əgər həqiqətən belə bir xəritə varsa... Qəsdən ABŞ, Fransa və Gürcüstan rəsmilərinin adlarını hallandıraraq, demək istəyirlər ki, Qərbin iştirakı olmasa, münaqişə tam həllini tapmayacaq... Əli Kərimli bunları çox gözəl bilir və qəsdən Qərb təbliğatı aparır. Çünki siyasətçi olaraq bütün missiyası bundan ibarətdir.
Bəs Azərbaycan niyə bu sövdələşməyə getdi? Şübhəsiz, balans siyasəti gərəyi olaraq və bəzi məsələlərlə bağlı vaxt udmaq məqsədi ilə. Fikrimcə, Azərbaycan Qarabağın qaytarılması müqabilində Rusiyaya müəyyən vədlər verib. Bunu rusiyalı politoloq Aleksandr Duqin də öz bəyanatında səsləndirib. Ancaq görünən odur ki, başda ABŞ olmaqla Qərb bu vədləri yerinə yetirməyə mane olur. Söhbət, şübhəsiz, Azərbaycanın AGB-yə və KTMT-yə daxil olmasından gedir...
P.S.: Sonda isə sizə yeni bir xəbəri təqdim edirəm. Bəs Əli Kərimli, politoloq Əsədullayevdi-nədi, deyirdilər xəritəni Blinken alıb verib? Az qalırdılar gedib amerkanların əlini öpsünlər!..
Комментариев нет:
Отправить комментарий