04.07.2021


1150 otaqdan ibarət, 615 milyon dollara başa gələn, gündəlik xərcləri 600 min dollara yaxın olan sarayda yaşayan Əminə xanım Ərdoğan ötən günlərdəki çıxışında əxlaq kitablarından sitat gətirərək “yemek porsiyonlarınızı azaldın, az yeyin, israf etmeyin” tipli bir neçə cümlə işlədib. Bu da Türkiyə gündəminə oturub, vətəndaşların böyük əksəriyyətinin narazıçılığına səbəb olub. Türk facebook səhifələrinin biri bu xəbəri paylaşıb, şərhlərdə 99% Türkiyə vətəndaşları müxtəlif dəlillər qoyaraq bu açıqlamanı qınayır. Bir dənə bizimkilər düşüb ortaya bu türk vətəndaşlarına cavab yazırlar. Biri deyir “abi, siz bilmirsiz eee, mən 3 il İstanbulda yaşamışam, həqiqətən orda yeməklər israf olunur”, o biri deyir “Qarabağı Ərdoğan aldı verdi bizə, nə tez yadınızdan çıxdı?" (sən öl türklərə yazırlar!). “Karoçe” türk vətəndaşlarına Əminə xanımın fəzilətlərindən danışırlar. Nə bilim əşşi, bunlar da belə yapıyorlar)))

Müşfiq Heybətov

Комментариев нет:

Отправить комментарий