09.07.2021

Putin Paşinyandan tələb etmişdir ki, Qərb agentlərini ölkədən qovsun


Rusiyanın evrazia org saytının jurnalisti Ernst Pliyev Moskvada Putin və Paşinyan görüşünün gizli, pərdəarxası məqamları barədə məqalə yazmışdır. Həmin məqalədən bəzi məqamları sizin вэ nəzərinə çatdırmaq istəyirik.
Jurnalist bildirmişdir ki, Putin Paşinyan qarşısında ölkəni Qərb təsirindən təmizləmək tələbi qoymuşdur. İlkin etapda ölkədə fəaliyyətdə olan çoxsaylı QHT-lər bağlanacaq. Xatıradaq ki, postsovet məkanında ən çox Qərb QHT və fondları məhz Ermənistanda yaradılmışdır. Onlar ölkədə uzun illər “demokratiya”, “insan hüquqları” və “vətəndaş cəmiyyəti” qurulması uğrunda mübarizə aparmışlar. Nəticədə Ermənistan əsas antirus plasdarmına çevrilmişdir. Jurnalistin poqnozuna görə, bu təhlükənin qarşısını almaq üçün Ermənistanda tezliklə Rusiyadakı kimi xarici agentlərə qarşı qanun qəbul olunacağı gözlənilir.
Putinlə danışıqların nəticəsi kimi Paşinyan hökuməti ABŞ və Britaniya diplomatik nümayəndəliklərindən tələb edəcəkdir ki, öz işçilərinin sayını azaltsınlar. Xatırladaq ki ABŞ-ın həm işçi sayına, həm də ərazisinə görə dünyada ən böyük səfirliyi məhz Ermənistandadır. Yaxın günlərdə ABŞ və İngiltərə diplomatlarının Ermənistanın daxili işlərinə qarışmamaq notası alacaqları gözlənilir.
Putin tərəfindən Paşinyan qarşısında qoyulan tələblərdən biri də Zəngəzur dəhlizinin açılması tələbidir. Ermənistan ərazisində Bakı-Naxçıvan transport koridoru yaradılacaq ki, bu ərazidə təhlükəsizliyi Rusiya sülhməramları təmin edəcəklər. Azərbaycan, Ermənistan və Gürcüstanın vahid Avrasiya dövlətinə inteqrasiya olunmaları Ermənistanın düşdüyü blokada şəraitindən çıxmasında mühüm rol oynayacaq.

Комментариев нет:

Отправить комментарий