03.02.2012

ABŞ Rusiyanın və rus xalqının düşmənidir


ABŞ dağılır, qoy oxucular bu ölkəni gözəl şəkildə təqdim edən satqın KİV-lərə inanmasınlar

Nə üçün onlar BMT-nın bütün qərarlarına məhəl qoymayan İsraili bombalamırlar?

 Yuri Kozenkov “Amerikanın süqutu” adlı ikicildli kitabın müəllifidir. O, vətənpərvər-dövlətçidir, Rusiyada ilk qeyri-dövlət korporasiya yaradıcılarından və rəhbərlərindəndir, iqtisadi elmlər namizədidir. Y.Kozenkov suallarımızı məmnuniyyətlə cavablandırdı.

Müxbir: Sizin 1997-ci ildə çıxan “Rusiyanın əks-həmləsi” kitabı böyük qalmaqal yaratdı. İndi də “Amerikanın süqutu” kitabı ilə cəmiyyətdə böyük maraq doğurdunuz. Nə üçün Amerika və onun taleyi mövzusu Sizə bu qədər maraqlı gəlir?
Y.K: Düz deyirsiz. “Rusyanın əks-həmləsi” ktabı müəyyən siyasi dairələrdə həyəcan yaratdı. Yeni kitabımda da hadisələr davam edir. Qəhrəmanlar həminkidir. 

Amerika ilə mən 70-ci illərdən maraqlanıram, o zaman bilirdim ki, o, Sovet İttifaqının, Rusiyanın, xalqımızın düşmənidir, düşməni isə yaxşı tanımaq lazımdr. Amerika geosiyasi və strateji cəhətdən bəzi səbəblərə görə bizim müttəfiqimiz ola bilməz. XX əsr boyunca bu bizə sübut edilir. Amerikanın SSRİ ilə kommunist rejiminə görə mübarizə aparması fikri, sabun köpüyü kimi dağılıb.
 Keçən əsrin 30-cu illərində ABŞ-da baş verən siyasi-iqtisadi depressiyadan sonra bu ölkəni sion-mason dairələri tam nəzarət altına almışdı. İkinci Dünya müharibəsindən sonra bu dairələr Dünyanın Yeni Nizamını yaratmaq üzrə strateji planlarını həyata keçirməyə başladı. Bunun üçün Amerikanın iqtisadi və hərbi gücünə güvənərək, ikiqat standartlar sistemi istifadə edilirdi. Bu yolda yeganə ciddi maneə olan SSRİ-ni onlar daxili düşmənlərin əli ilə dağıtdılar.
 Statistikanın, informsiyanın və ABŞ haqqında siyasi, iqtsadi, sosial xarakterli digər materialların təhlili vasitəsilə bütün dünyada öz həyat tərzini- irqçiliyə və dözümsüzlüyə, narkomaniyaya və seksual pozğunluqlara, cinayətlərə və fırıldağa, alçaqlığa və xainliyə, təmtərağa, açıq-aşkar yalana, ikiqat standartlara əsaslanan həyat tərzini  yeritmək istəyən bu əclaf super-ölkənin gələcək taleyini proqnoz etməyə çalışmışam.

Müxbir: Nə üçün hesab edirsiz ki, indi əzəmətinin çiçəklənən dövrünü yaşayan ABŞ nə vaxtsa çökəcək?
Y.K: Gəlin keçmişə qayıdaq. 1940-cı ildə kimsə desəydi ki Hitler Almaniyası beş ildən sonra çökəcək, onu dəli sayardılar. ABŞ-da daxili partlayışa təkan verən kifayət qədər amil var, artıq o amillər son həddə çatıb. Sadəcə bir detanator lazımdır- yəni təkanverici qüvvə. Bü günki Amerika nəhəng iqtisadi piramidadan savayı, daha dəhşətli sosial-etnik piramidadır və bu piramidanın dağılması günəşın çıxması və batması kimi labüddür. Qəzet sətirlərindən bunu izah etmək çətindir, amma kitabımda açıq yazmışam. ABŞ-ın zamanı daralır, qoy oxucular bu ölkəni gözəl şəkildə təqdim edən satqın KİV-lərə inanmasınlar.

Müxbir: Nə üçün kitablarınızda radikal süjetlər və kəskin ritorika var?
Y.K:  Məgər görmürsüz- Rusiyanın tarixi, eləcə də XX əsr dünya tarixi nəinki radikaldır, hətta deyərdim, qanlı faciələrlə doludur! Son dörd əsri götürün. Qiyamların qanlı dramları, inqilab və müharibələr həndəsi silsilədə artmışdır. XX əsrdə bu proses zirvəyə çatmış, bəşəriyyət qiyamət gününə yaxınlaşmışdır. Bunun qarşısını almaq üçün harınlamış Amerikanı dayandırmaq lazımdır. Bu haqda mənim kitabımda yazılıb.
 Kəskn ritorikaya gəlincə, bilirsiz ki KİV-lər bununla doludur. Kriminallaşmış Rusiyada sözlərin adi ədəbi mənası artıq insan şüuruna təsir etmir. Əgər əvvəllər adam oğru idisə, hamı ondan qaçırdı, nifrət edirdi oğruya. Amma indi oğrunun qarşısında təzim edirlər.  Ona görə də kəskin ritorikadan istifadə etmək, hər şeyi öz adıyla demək lazımdır ki, oxucunun şüuruna təsir etsin.

Müxbir: İndi ABŞ və NATO bloku Yuqoslaviyanı bombaladı, bunu siz 1996-cı ildə “Rusiyanın əks-həmləsi” kitabında yazmışdınız…
Y.K: Hamı bilir ki, təcavüzə yaşıl işıq yandırmış ABŞ, NATO və İngiltərə rəhbərliyi beynəlxalq canilərdir. Ola bilər ki, serblər xüsusi komandalar yaradıb, Klintonu, Olbraytı, və ya İngiltərənin Baş Naziri Bleyeri və Xarici İşlər Naziri Kuku, NATO-nun Baş Katibi Solananı və digər insanları oğurlayıb, onları beynəlxalq canilər kimi mühakimə edəcəklər. İndi bunu etmək çətindir, çünki onlar öz ölkələrinin gücü qoruyur, lakin bu insanlar vəzifələrindən gedən kimi, onlardan cavab tələb etmək olar. İsrail yəhudiləri Eyhmanı oğurladılarsa, bunu serblər, yaxud İraqın bombalanmasına görə ərəblər də edə bilər. Artıq naməlum şəxslərin M.Olbraytın yaşadığı evə marağının artdığı qeydə alınmışdır.
 Problemin ikinci aspekti NATO təbliğatının  Kosovodakı etnik təmizləmə haqqında yalanlarıdır. Bu yalanlara Göbbels həsəd aparardı. Kosovo terrorçuları ölkədə terror törədir, hamını qorxu içində saxlayırdı, eyni zamanda Türkiyədən Avropaya narkotiklər daşınırdı. Avropa birləşdi, vahid  pul- avro yarandı ki, bu da ABŞ-ın maliyyə əzəmətinin sonunun başlanğıcı demək idi. Odur ki Avropanı yeni müharibələrə cəlb etmək Amerika üçün çox əlverişlidir. Bununla bir neçə strateji məsələ həll edilir: Avropanın sion-mason təcavüzündən azad olan ölkəsini parçalamaq və dağıtmaq; Kosovonun zəngin xrom, sink, qurğuşun, kömür yataqlarını ələ keçirmək; Türkiyədən Albaniyaya və Kosovoya, ordan da Avropaya keçən narko-marşrutları möhkəmlətmək və bununla da o ərazilərdə yaşayan xalqları məhv etmək; yeni yaranmış Avropa pulunu qeyri-sabitləşdirmək; Avropa ölkələrini müharibələrə cəlb etmək, bununla da bu ölkələrin iqtisadiyyatına zərbə vurmaq; Fransa, Almaniya və İtaliya kimi Avropa birliyinin aparıcı ölkələrinin hökumətlərində də sabitliyi pozmaq .  Qaymaqlar gərək Amerikaya çata. Amma bu dəfə alınmayacaq.
 Bu problemin uçuncu aspekti ABŞ və Qərbin ikili standartlaridir. Bununla əlaqədar, təcavüzkarlara sual etməli: Nə üçün onlar Fələstin və Suriyanın zəbt edilmiş torpaqlarının qaytarılmasına aid BMT-nın bütün qərarlarına məhəl qoymayan İsraili bombalamırlar? Nə üçün onlar Şimali İrlandiyada törədilənlərə görə Londonu bombalamırlar? Və belə “nə üçün”lər çoxdur....

Müxbir: Kitablarınızda Yelsindən sonrakı Rusiayada hadisələrin inkişaf süjetindən yazırsız. Sizcə, Rusiya dirçələcəkmi?
Y.K: Bilirsiz ki, bu gün Avropanın aparıcı ölkələrində hakimiyyətdə sosialistlər və pasifistlərdir. Hamı bilir ki, məhz bu siyasi cərəyanlar Amerikanın MKİ və  müxtəlif mason qrupları tərəfindən dəstəklənir. Ona görə bu siyasətçilərin Rusiyaya kömək edəcəyinə umid bəsləmək gülməlidir. Onlar öz ölkələrinin taleyinə də tüpürüblər, çünki Yuqoslaviya avantürası onların iqtisadiyyatında hələ özünü göstərəcək. Rusiya ancaq özünə güvənməlidir.
 Rusiya indi qarət edilmişdir. 1987-1998-ci illər ərzində ölkədən 1,2 trilyon dollarlıq xammal başqa ölkələrə aparılmışdır. Yalnız 400 trilyonu qaytarmaq mümkündür. Bunu Rusiyanın hər yerində hakimiyyəti ələ keçirmiş oğrular deyil, ancaq milli hökumət edə bilər.
 Xatırlayırsınızsa, vergilər xidmətinin başçısı A.Poçinok istefasından sonra demişdi ki, Rublyov şossesindəki evlərin qiyməti 70 mindən bahadır. Bu evlərin daxili tərtibatiını, ailə üzvlərinin avtomobillərini, banklarda hesablarını nəzərə alsaq, orda yaşayan insanların 90 milyard dollarlıq malı-mülkü olduğunu təxmin edərik. Hələ İsveçrə bankında saxlanan 40 milyard dollardan danışmıram. Bu insanlar zəngin olarkən, ölkəmiz diz üstə çökərək BVF-dan 4,5 milyard dollar istəyir.
 Ən dəhşətlisi odur ki, Rusiyanın siyası səması hakimiyyət impotentlərindən, savadsiz adamlardan, rusofoblardan və siyasi fahişələrdən ibarətdir. Rusiyanın əsil vətənpərvərlərini heç kim hakimiyyətə buraxmaz. Yalnız bir yol var o hakimiyyətə. Və o yol qaçılmazdır.
 Rusiyanı dirçəltmə resursları bir-iki ilə çatar. Sonra qarşısı alınmaz proseslər başlanacaq və Rusiya inkişaf etmiş ölkələr sırasına qayıda bilməyəcək, dünyanın xammal müstəmləkəsinə çevriləcək.
Rusiyanın dirçəlməsi üçün hakimiyyətə milli rus kadrlarından əlavə, ölkəni xilas etmək naminə radikal tədbirlər görəcək insanlar lazımdır. İndi Rusiya 1930-cu ilə qaytarılıb. Biz Qərb ölkələrinə necə çata bilərik, axı onlar da yerində dayanmayacaq, inkişaf edəcəkdir.
1945-ci ildə ölkəni bərpa etməyə başlamış Stalin kimi liderlər lazımdır. O zamanlar Amerika mütəxəssisləri deyirdilər ki, ölkə 22-25 ilə bərpa oluna bilər, amma 6 ilə bərpa olundu.
 Rusiyada zəngin təbii ehtiyatlar, əmək resursları və seyrəlsə də, güclü elmi-texniki potensial var. Bu isə inkişaf imkanı yaradır. Belə getsə, biz inkişaf etmiş ölkələrin 1990-cı ildəki səviyyəsinə 2020-ci ildə çatarıq.
 Bu baş verməsə, Rusiya yaxın 5-6 ildə parçalanacaq, Qərbin nəzarətində olan, Afrika və Cənubi Asiya ölkələri səviyyəsinə endirilən iri xammal mənbəyinə çevirəcəklər.

Müxbir: Müsahibəyə görə təşəkkür edirik.

Tərcümə etdi: Sima Ənnağı

Комментариев нет:

Отправить комментарий