03.02.2012

Köhnə kişinin şeirləri


Sabir Yusifoglu


Köhnə kişi


Sən mənə çox fikir  vermə,
Bir az kohnəlmiş kişiyəm.
Aglına gəlməyən belə
Dərdlə yuklənmiş kişiyəm.

Hər şey kohnəlmiş bayatı,
Ümid cücərir, boy atmır.
Hər hava canıma yatmır,-
Sözə köklənmiş kişiyəm.

Bir günüm bir ömrə yetər,
Bu ömur də bir gün bitər.
Dünyada allahdan betər
Təkəm, təklənmiş kişiyəm.

Torpaq çəkər son şəklimi

Məni sırada gəzməyin,
Qırılıb çıxdım qırağa.
Boş günlər ömür doldurur,
Yorulub çıxdım qırağa.

Torpaq çəkər son şəklimi,
Dərdimi necə?!
                      Çəkərmi?
Süzülən saf sular kimi
Durululub çıxdım qırağa.

Büdrədim, yıxıldım yenə,
Qalxıb sarıldım Vətənə.
Sevib, vuruldum Vətənə,
Vurulub çıxdım qırağa.

Комментариев нет:

Отправить комментарий