05.02.2012

Ağlayıram


Laçın Məmişov


Sübhi tezdən qusul-abdəsti edib ağlayıram
Abu zəmzəm dadıram ya Xuda nöş ağlayıram?

Bilmirəm qaynağı qəmnən ya da eşqindən olur
Sənə zikr etməyə qalxan kimi zar ağlayıram

Bu sualla düşünüb xeyi fikir eyləyirəm
Sənə yetməkdə məkrdən bezirəm ağlayıram

Rukudan səcdəyə getdim necə hiss eyləmədim
Baxıram hal aparıb səcdədəyəm ağlayıram

Gözümün yaşları qan tək qızarır yerdə Xuda
Görəsən Kərbübələdan sanıram ağlayıram?

Salıram fikri nəzər mən ömürün yollarına
Oxuyub ayeyi-Quranda Ənam ağlayıram

Çoxu xiffət eləyir ki, yazıram şeri qəzəl
Nə bilə qafil olan ki, nə sayaq ağlayıram?!

Görəsən Tanrı bizə bəxş edəcək zühru görək?!
Sahibi Mehdi Zamançın yanıram ağlayıram

Əhli Beyt aşıqı sanma ahü zar yoxdu edən
Çeşmi giryanımı görsən nə sayaq ağlayıram

Alıram sübh azanından neyi nalə qoxusun
Avaz ilə oluram nalevü tar ağlayıram

Ya Xuda lütfini qıl ver mənə vardan bol iman
Qorxuram kafəri zəngin olaram ağlayıram

Bu təbi Seyyid Əzim ruhu gətirdi Laçına
Bəlayi meyi Hüseynə yanıram ağlayıram

Şamaxı şəhərinin Bakı əyaləti 29 yanvar 2012-ci il

Комментариев нет:

Отправить комментарий