05.02.2012

Elə bircə bu qalmışdı


Zaur Bayramlı

Rusiyada Avropanın mahnı müsabiqəsi keçirilərkən Rusiya dövləti belə bir paradın keçirilməsinə icazə vermədi

Adama elə gəlir ki, yaşadığımız günlərdə Azərbaycanda hər şey Avropa mahnı müsabiqəsinin keçiriləcəyi mərasimə hesablanıb. Görülən bütün quruculuq işləri, simasını dəyişən şəhər Avropalıların zövqünə hesablanmış kimi görünür. Bütün problemləri unudub Avropa mahnı müsabiqəsinin havası ilə oynamaq əslində bizim tarix boyu daşıdığımız milli dəyərlərə baş ucalığı gətirən heç nə vermir. 

İllah da ki, nəzərə alanda ölkəmizin Qarabağ adlı bir problemi var, avropalıların mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsinə bu dərəcədə önəm vermək nə qədər təəssüf doğursa da, xoşqeyrətlik kimi görünür.
Avropanın mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi hər birimiz üçün xoş ovqat bəxş etməlidir. Ancaq bu o demək deyil ki, Azərbaycanda bütün yaşam normaları bu mərasimin təəssüratları ilə yaşamalıdır. İşin daha bir qəliz tərəfi orasıdır ki, Avropaya xas mərasimlərin elə Avropasayağı əlavələri də qaçılmazdır. Axı bir qayda olaraq Avropanın mahnı müsabiqəsinə bu məkanın "maviləri" öz kütləvi meyli ilə seçilirlər. Bu baxımdan da bir qayda olaraq mahnı müsabiqəsinin keçirildiyi ölkələrdə həmin müddətdə "mavilərin" də paradı keçirilir.
İndi Azərbaycanda Avropa mahnı müsabiqəsinin keçiriləcəyi günlərə lap az qalmış məlum olur ki, "mavilərin" Bakıda da öz paradlarını keçirmək istəyi bəyan olunub. Bu isə istər-istəməz ciddi bir narahatçılığın siqnalı kimi qəbul olunmalıdır.
Lüt tayfasının tör-töküntüsü olan bu "mavi"lərin Bakıda parad keçirmək istəyinə fikir bildirməzdən əvvəl bir haşiyə çıxıb xatırlatmaq istəyirəm ki, Rusiyada Avropanın mahnı müsabiqəsi keçirilərkən Rusiya dövləti belə bir paradın keçirilməsinə icazə vermədi.
İndi isə Bakıda belə bir paradın keçirilməsi ilə bağlı rüsvayçılıqla (buna başqa ad tapmaq çətindir) bağlı fikirlərimizi şərh etməyə çalışaq.
Əvvəla onu deməyə ehtiyac var ki, belə bir parad keçirilməsi bizim milli mentalitetimizə və dini dəyərlərimizə böyük zərbədir. İkincisi isə statistikaya söykənib onu demək lazımdır ki, Azərbaycan bir ölkə olaraq homoseksulların sürətlə inkişaf etdiyi ölkələr sırasına çıxıb, belə bir paradın keçirilməsi isə sadəcə olaraq bu sahəyə olan axını daha da gücləndirəcəkdir.
Bu fikri onunla izah etmək olar ki, Avropaya "inteqrasiyanın" birbaşa nəticəsi kimi Azərbaycanda "mavi"lər çox gizli şəraitdən birbaşa açıq arenaya çıxa bildilər. Çünki zarafat deyil, onların hüquqlarını demokratik dəyərləri ilə seçilən Avropa qoruyurdu. "Mavilərin" açıq aşkar açıq arenaya çıxması və onların toxunulmazlığı təkan verdi ki, onların sıraları sürətlə artsın. Bir vaxtlar bunu millət üçün həqarət hesab edən böyük şairimiz B.Vahabzadənin "əgər Avropa budursa, tüpürüm belə Avropaya" deməsi əslində milli qürurun kükrəyən qəzəbi kimi anlaşılmalı idi.
Çox qəribədir ki, Avropada yaxşı nə varsa, ondan yan keçib, əvəzində onların iyrənc əməllərini himayə etməklə Avropanın simpatiyasını qazanmaq istəyimiz axı bizə nə verə bilər?
Yəni XXI əsrdən sonra Şərqdən hamamı götürüb, çörək yeməzdən əvvəl əllərini yumağı öyrənən Avropalılar o qədər qabağa getdilər ki, biz kor-koranə onların iyrənc əməllərini alqışla qəbul etməliyik?
Avropaya "inteqrasiyanın" nəticələri öz sözünü deyir. İndi az qala bütün kafe və restoranlar priton funksiyasını yerinə yetirir. "Qədim peşə" sahibləri az qala halal işlə məşğul olan insanlar təki heç bir iradla rastlaşmır. Günü-gündən artan boşanmaların da ilkin səbəbini burada axtarmaqla, Azərbaycanın bu sahədə elə Avropaya çatdığını söyləmək olar.
Hər halda "mavilərin" Bakıda parad keçirmək istəyinə dövlət özü razılıq verməlidir. Yetər, Avropanın xoş sözlərini eşitmək xatirinə onların zövqü ilə oturub durmağımız. Milli mənəviyyatımıza həqarət edəcək belə bir paradın keçirilməsinə yol vermək olmaz!

Комментариев нет:

Отправить комментарий