10.02.2012

Azarım Bakı


Laçın Məmişov

Rəhmətlik Aşıq Şakirin "Bakı" mahnısına Əvəzxan Xankişiyevin ifasında qulaq asırdım ki, birdən azarım qalxdı və "Azarım Bakı"nı yazdım. Allah Aşıq Şakirə rəhmət eləsin, Əvəzxana isə can sağlığı…  

Heç cürə dərmanın tapılan deyil
Sənin sağalmazdı azarın Bakı
Mayana elə cür haram qatıblar
Gələn deyil daha xəmirin Bakı

Söküb tramvayı, izin itirib
Keçi tək satdılar dəmirin Bakı
Tikdilər körpünü, keçəni yoxdur
Satdılar betonu piltəni Bakı

Bu gün asfalt çəkib, səhər qazırlar
Qəzetlərin hamsı yalan yazırlar
Şou proqramla səni pozurlar
Çalacaq İsrafil düdüyün Bakı

Yoxdur mübtədamız, vardır felimiz
Bakını abad edəcək merimiz
İrəliyə düşüb yaman gerimiz
Oldun çobanların oylağı Bakı

Gecəni yatmırsan qalırsan oyaq
Arıq eşşəklərə olmusan yaylaq
Göz yaşın süzülür olub bir bulaq
Bozaracaq sənin bəbəyin Bakı

Mərkəzində bina tikir çobanlar
Kabinetlərində yeyir qabanlar
Hardan köç etdilər sənə yabanlar
Batıb başdan başa küçəmiz Bakı

Neft qoxus dönüb peyin iyinə
Yaman yük götürdün zəif çiyninə
Con pərçim edibdir səni əyninə
Eşşəyin noxtası palanı Bakı

Haqq qalıb kənarda deyir yalanı
Müflis olub bu şəhərin kalanı
Lənətlə səni bu günə salanı
Namərd gülləsinə tuş olan Bakı

Doğru söyləyəni o an qapırlar
Şəbədə qoşmağa bir şey tapırlar
Doğrular öz yollarından sapırlar
Qırılibdır qolun qanadın Bakı

Dollar almaq üçün yoldan azarlar
Çox yazsam mənə də quyu qazarlar
Səni sevir Laçın kimi yazarlar
Tükənməz dərdimsən azarım Bakı
.....................................
Azarım Bakı, Bezarəm Bakı…

Şamaxı şəhərinin Bakı əyaləti 23.10.2011

Комментариев нет:

Отправить комментарий