14.02.2012

“Azərbaycanlı diplomatın gey olduğu sübuta yetirilsə...”

“Əgər azərbaycanlı diplomatın gey olduğu sübuta yetirilsə o, İrandan qovulmalıdır”. 

“Qafqazinfo”nun İranın “Arannyus” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının sədr müavini Hüseyn İbrahim Tehrana akkreditasiya olunmuş Azərbaycanın səfir məsləhətçisi İbrahim Qafarovun Bakıda keçirilməsi nəzərdə tutulan “gey-paradla” bağlı fikirlərini şərh edərkən deyib.

Məlumata əsasən iranlı parlamentari Məclisin bu məsələyə biganə qala bilməyəcəyini bildirib: “Mən Məclisin milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyasının üzvü olaraq Daxili İşlər Nazirliyinin bu məsələni araşdırmasını izləyəcəm. Əgər onun homoseksualist olduğu ortaya çıxsa, ilk növbədə azərbaycanlı diplomat ölkədən qovulmalıdır”.

Xatırladaq ki, İran saytlarında Azərbaycanın İrandakı səfir məsləhətçisi İbrahim Qafarov Azərbaycana həsr olunan konfransların birində Avrovizion müsabiqəsi zamanı Bakıda keçirilməsi nəzərdə tutulan gey-paradla bağlı suala cavab verərək bunun Azərbaycanda söz azadlığının olmasının sübutu kimi dəyərləndirmişdi.

Комментариев нет:

Отправить комментарий