07.02.2012

Bayraq biabırçılığı


İki gün əvvəl prezident İlham Əliyevin Hillari Klintonla ayaqüstü görüşü zamanı baş verən növbəti bayraq biabırçılığından sonra hakimiyyətin informasiya agentliyi Trend Xəbər agentliyi öz saytında bayrağı fotoşoplayaraq rəngini düzəldib.

Bunların onsuz da bütün işləri "Photoshop"dan ibarətdi.

Çəkilən ancaq 1 il keçmədən uçan yollar, əyilən körpülər, dağılan keçidlər və s. buna misaldır.

Gözdən pərdə asmaqla insanları olmayan inkişafa inandırmaq istəyirlər.

Trend Xəbər Agentliyinə məsləhətimiz budur ki, qadan alım fotoşop edəndə bir dəfəlik edin, biz də işimizi bilək. Hillarini götürün yerinə Obamanı qoyun. Prezident və arvadı uzun müddətdi çalışırlar onunla görüşsünlər, alınmır ki, alınmır. Heç olmasa şəkildə görüşdürüb basıb bağlayın.

İşiniz gücünüz budu onsuz da..


Комментариев нет:

Отправить комментарий