14.02.2012

Bu dünya


Furqan Sadıq

Dünyanın üzü ağarır
sanki qar yağanda...
Bax onda
necə sevinirsə adam
bütün dərdləri çıxır yadından...
Və başlayır
qara bürünmüş,
bəyazlıqlara bürünmüş
kədərlə
qartopu oynamağa...
Təki
həmişə qar yağa...
Dünyanın üzü ağarır
sanki qar yağanda...

*         *         * 
Bu gecə
kiminsə ümidi ölür,
kiminsə özü...
kiminsə bəxti açılır,
kiminsə gözü...

*         *         *
Çoxlarına həyat dərsi öyrədir,
çox yumşağı daş eyləyir bu dünya...
Dərdi bizə bala-bala yedirdir,
bizi yeyib nuş eyləyir bu dünya...

Комментариев нет:

Отправить комментарий