14.02.2012

DEPUTATLARA MƏKTUB


 Dəyərli söz deyənlərimiz, dərdimizi çatdıranlar, məlum Eurovision Azərbaycana triumfla gəlir və hər gün iyirmi dört saat yaxınlaşır. Hərə bu Eurovision adlı qəhramandan çuvalına görə  bir şey gözləyir, hərənin bir planı novruz səmənisi kimi çüçərir içində. Kimlər turistlərə nəsə satacağını, kimlər nəsəəl-qap” edəcəyini, kimlər nəsə öyrənəcəyini, bəziləri də balta kəsməyən evro və ya manat qazanacağını ümid edir. 

Bu labütdür, gələnlərin nə qədər “qulağın kəssək” özümüzə xeyirdir və yerimizdə olan bütün ölkə bunu edib, edəcək də. Amma düzünü deyim ki, mən bu Eurovision-dan ilk qalib gəldiyimizi eşidib sevincdən ağladığım gün içimdə oyanan ümidləri,  millət adına, dövlət adına görüləcək işlərin mühəndisini, planlarıyla bərabər artıq çox dərinə gömmüşəm.
Hörm
ətli, izzətli, cənablar, əvvala bu yarışma Azərbaycana nə qədər pul gətirsə, o qədər də xəstəlik, infeksiya, narkotika,  lap elə dərininə getsən (Allahın yazığı gəlsin bizə) terror da gətirə bilər.  MTM-ə və XİN-nə güvənsək də, (güvənirəm də) açığını deyim ki, etibardan düşmüş Səhiyyənin nəyisə gözdən qaçıramayacağını Azərbaycandakı heç bir sğorta idarəsi sığortalaya bilməz. Məqsədim bu beynəlxalq mədəniyyət yarışmasına dırnaq arası baxmaq, mənasız hesab eləmək deyil, Haşa. Mən bu yarışmanı Avropanın musiqi qalası, Azərbaycanın qalib gəlməsini isə bu qalanı fəht eləmək hesab edirəm. İqtidar bu günə qədər Azərbaycanı dircəldib, çiçəkləndirib və bu müvəffəqiyyət hər gün davam edir. Gəncliyin qələbəsinə millətin oğlu olaraq təpədən-dırnağa qədər sevinirəm. Mənim dərdim başqadı: Bu gün hamımıza məlum olduğu kimi dünyanın gözü, qulağı hətta şotur barmaqları bizdədi. Bizim üçün pul qazanmağa, özümüzü  göstərməyə əladan da əla fürsət yaranıb. Odur ki, bu fürsətdən yalnız qarnımız üçün yağlı tikə, altımız üçün valyuta qazanmaqdan başqa, həm də Azərbaycan milləti üçündə  istifadə eləməliyik. Məsələn; Eurovision keşiriləcək binanın quş baxışı görüntüsünü görəndə bir Azərbaycan oğlu kimi qürurlandım: məkan müqəddəs atributlarımızdı. Əla! Sonrakı mərhələ bütün ümidlərimi qırdı, belə ki, bizim lazımı qədər vətənpərvər, millət qayğısı çəkməyən olduğumuzu düşündüm. (Təbii ki, bu subyektiv fikirdi) Fikirləşdim ki, bizə doğrudan da Qarabağ lazım deyil. Əgər o qədər lazım olsaydı, bu əlimizə göydən düşən fürsətdən dəyərincə istifadə edərdik, yəni eləmentar bir addım-müsabiqə keçiriləcək zalı  əcnəbi diliylə “Crystal Hall” deyil, “QARABAĞ ZALI” adlandırardıq. Və bütün Avropanın ən sadə fəhləsi də, ev xanımı da, xəritə üzü görməyən hansısa  yeniyetməsi də Azərbaycana məxsus olan bu cənnət məkanın adını əzbər bilərdi. Ermənilər də istəsələr də, istəməsələr də “Azərbaycan, Qarabağ” deyəcək, yazacaqdılar. Dünyanın bütün mətbuatı baş məqaləsini “Crystal Hall” deyil,  “Qarabağ Zalı” sərlövhəsiylə başlayacaqdı. Bax, buna deyərdim “qələbə, ardınca qələbə. Qalibiyyəti qoruyub saxlamaq...” Bu gün bu ada Qarabağa qaytarmaq qədər ehtiyacımız var. Bu fürsət bir də əlimizə nə vaxt düşəcək onu yəqin ki, göydəki bilir.
Az
ərbaycana gələcək naməlum fəsadları gözə alırıq, heç olmasa bu Qarabağ naməinə olsun. Oxuyub, atdanıb düşməklə bu fürsəti föftə vermək olmaz-deyə düşünürəm. Odur ki, İçində Qarabağ sevgisi, (pafoslu deyil)  vətəndaş qeyrəti, millət vicdanı olan bütün debutatlara və başda Oktay Əsadova bir vətəndaş, bir yazıçı olaraq müraciyət edirəm ki, trumfla gələn qalibimiz nə qədər ki, qədəmlərini hələ də torpaqları işğal altında olan, milləti qaçqın düşmüş müqəddəs odlar yurduna-Azərbaycana basmamış, hələ Avropa mətbuatı palaz boyda səhifələr hazırlamamış bu məsələyə təcili baxsınlar. Üzümüzə sürətlə gələn zaman, sürətlə də gedəcək, heç olmasa nəyəsə nail olaq. Onsuz da ikinci dəfə bu il bu müsabiqənin qalibi olmayacağıq, (kaş bunda yanılmış olam) barı fəryadımızı eşitdirə, dərdimizi çatdıra bilək.
Ümid edir
əm ki, hörmətli, izzətli dövlət məmurlarımız; sevimli yazıçımız Aqil Abbas, Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Akif Nağı, Əbülfəs Qarayev, Azad Rəhimov, Ceyhun Osmanlı, İsmail Ömərov, Vaqif Mustafayev və digər KİV nümayəndələri, elə cədə yazıçı əməkdaşlarım, başda sədrimiz Anar müəllim olmaqla məni dəstəkləyəcək, səsimə səs, harayıma hay verəcəklər. Aidiyyəti orqana müraciyyət ediləcək və adın dəyişilməsinə nail olacağıq. Dövlətimizin qazandığı uğurlardan birinə də imza atacağıq. Heç olmasa bir dəfə bütün dünyada  Azərbaycanca bir kəlmə söz deyiləcək. “Qarabağ Zalı” Biz  “Crystal Hall” deyil, yəni bütün Avropanın dediyi kimi yox, bütün Avropa Azərbaycanın ifadə etdiyi kimi “QARABAĞ ZALI” deyəcək. “Zal” sözünü ifadə eləmək heç bir Avropalı üçün çətin deyil çünki. Sözü təşkil edən 3 hərif bütün Avropa əlifbasında var. Odur ki, biz dünyanı öz dilimizdə danışdırmalı və yaralı yerimizin adını əzbərlətməliyik.


Vüsal Nuru, yazıçı, Prezident təqaütcüsü 

Комментариев нет:

Отправить комментарий