08.02.2012

Bu sevgi qəlbimdə göyərməz, gözəl


 Dayandur Sevgin

Məni sevəcəksən öləndən sonra

Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.

Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.

Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.

İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra

Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.

Hələ ki, ömr elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim, taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.

Telofon zəngimə cavab verməyən bir xanıma

Əllərin üzündə qalar ilahi,
Adam gözləriylə baxsan rəngimə.
Nolar bu gözələ insaf verginən,
Bircə cavab versin mənim zəngimə.

Dəryada gəmiyəm uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə ALO sözü kəsər kəndiri.

Dıllənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Noladı barmağı kəpənək kimi,
Qonaydı üstünə YES düyməsinin.

Bu başda həyacan, o başda sükut,
Aya-ilə dönür hər keçən anım.
Çağırır, çağırır telofon susur,
Bir cavab verməyir qəlbi daş xanım.

Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrım bu gözələ hər şey vermisən,
Bircə ÜRƏK vermək yadından çıxıb.

Kəpənək animasiyalarıMəni sevdiyini heç kimə demə

Sən məhəbbət zirvəm, sən sevgi dağım,
Tamarzı qalaram quzey qarına.
Odundan alışıb, yanan dodağım,
De necə toxunar dodaqlarına.
Məni sevdiyini heç kimə demə.

Bu yaşda kim çatıb bəhərə-bara,
Göz verər təzədən köhnə yaralar.
Ondoqquz yaş hara, qırxdoqquz hara,
Rəqəmlər arasında gözün qaralar
Məni sevdiyini heç kimə demə.

Hər eşidib-bilən qınayar bizi,
İnan kam almarıq bu şərqimizdən.
Anan eşidərsə bu sevgimizi,
Gözləri böyüyər yaş fərqimizdən,
Məni sevdiyini heç kimə demə.

Bu sevgi qəlbimdə göyərməz, gözəl,
Saxla ürəyində gizli sirr kimi.
Həmişə əmrinə müntəzir olum,
Sən hökmdar kimi, mən əsir kimi.
Məni sevdiyini heç kimə demə.

Qırx yaşın məhəbbəti

Yaman gecikmisən, yaman, əzizim,
Daha alışmağa odum qalmayıb.
Həsrət gözlərimi pərdələyibi,
Dilimdə, ağzımda dadım qalmayıb.

İl olar sevənin hər keçən günü,
Sevgin məşəl olar, hicranın çəksən.
Gözümün odunda qızdırsam səni,
Saçımın qarında üşüyəcəksən.

Bəlkə əfsanəvi qız qalasısan,
Sevgiyə yeni bir ad gətirmisən.
Yoxsa sən zərdüştün qız balasısan,
Mənə alışmağa od gətirmisən?

Odlu baxışında qorxu-səksəkə,
Əridib içimi muma döndərib.
Göylərdən zühur edən mələksən bəlkə,
Tanrı səni mənə cəza göndərib?

Qırx yaşda gülübdür, de baxtı kimin?
Qayıda mənim də baharım, yazım.
Bəlkə sən ruhusan ölən sevgimin,
Yenidən dünyaya gəlmisən, quzum?

Mənim arzularım söz şəklində,
Mənim arzu sözüm özümə qənim.
Bəlkə Əzrayılsan qız şəklində,
Canımı almağa gəlmisən mənim?

Tanrıdan töhvəsən qara baxtıma,
Bəlkə də yolunda öləsiyəm mən.
Nə vaxtan sahibsiz sevgi taxtıma,
Sən sultanlıq elə, köləsiyəm mən.

Ömrün payızında nə yaxşı gəldin,
Vallah, unutmuşdum bu şən dünyanı.
Yenidən gözümə qaldırdın, gülüm,
Gözümdən sürüşüb düşən dünyanı.
Xanımlarımız üçün avatarlar-2 
Mən Kərəm olmasam…

Naləsi qarsıyır dağı-dərəni,
Xəyalım yol alıb uzaq keçmişə.
Telli saz yandırır Yanıq Kərəmi
Lənət oxuyuram Qara Keşişə.

Çal aşıq, sazından qala boylanır,
Çal özün atəşə bələsin Kərəm.
Ərzuruma gedən yola boylanır,
Deyəsən itirib Lələsin Kərəm.

Kərəm də bir oğul ola bilməyib,
Guya sevənlərə tale kəm baxır.
Keşişdən bir qızı ala bilməyib,
Min ildi milləti yandırıb – yaxır.

Qanmamaq dərd deyil, istəsən qanmaq,
Qanmaz qana bilər, qandıran olsa.
Nə böyük iş imiş, Kərəm tək, yanmaq,
Əsli tək od vurub yandıran olsa.

Alışan bax mənəm, say ulduzları,
Boylansın, sinəmdə dağlar görərsən.
Yanıq Kərəmiyə süzən qızları,
Sevgin yanğısına ağlar görərsən.

Tellərin qıvrılsın günəş üzündə,
Gözəllik önündə naşı deyiləm,
Əsli sevgisini sən tap özündə,
Mən Kərəm olmasam kişi deyiləm.
Canlı şəkillər

Комментариев нет:

Отправить комментарий