08.02.2012

“İsrail xərçəng şişidir”

İran İslam Respublikasının ail rəhbəri ayətulla Seyid Əli Xamneyi Tehran Universitetinin məscidindəki cümə xütbəsində «dəşmənlərə» qarşı sərt bəyanatla çıxış edib.


Teleqraf.az «Nyus.ru»-ya istinadən xəbər verir ki, ölkənin lideri İsraili «xərçəng şişinə» oxşadıb. «Siz əmin edirəm ki, sionist şişi ləğv ediləcək»-deyə, ayətulla Xamneyi söyləyib.
Onun qənaətincə, «ərəb inqilabı Fələstinədək gələcək, fələstin ərəbləri işğalçı rejimi devirəcək».O, İran hakimiyyətinin bu mübarizəyə bütün gücü ilə yardım edəcəyini bildirib.
İslam Respublikasının lideri 
deyib ki, 1979-cu il inqilabı İran xalqına «diktatura yerinə demokratiya» gətirib: «On illərlə represiya, azadlığın məhdudlaşdırılmasından sonra iranlılar qürurla özlərini ləyaqətli hiss edir».


O, İranın atom-nüvə proqramını dayandımayacağını da bildirib. İslam Respublikasına qarşı ehtimal olunan hərbi əməliyyatlara toxunan ayətullah Xamneyi deyib: «Onları hədələməyə bizim də vasitələrimiz var. Vaxtı çatanda onu gerçəkləşdirəcəyik. İrana qarşı hücum olarsa, bundan ABŞ çox böyük ziyan görəcək».
Sanksiyaların isə «nəticəsiz» olduğunu vurğulayan 
dini lider deyib ki, bu yasaqlar ölkənin «inkişafına səbəb olacaq».
Mənbənin məlumatına görə, onun çıxışı Fələstinin Qəzza zolağındakı «Həmas» hökumətinin Qəzza  başçısı İsmayıl Həniyənin Tehrana səfərinə təsadüf edir.

Комментариев нет:

Отправить комментарий