16.02.2012

Çox adamın bilmədiyi 10 fakt


Çox adamın bilmədiyi 10 faktHamı bilir ki, Henri Ford konveyeri icad edib, Napoleon isə Rusiyaya müharibəni soyuq hava şəraitinə görə uduzub. Bəs bu əslində belədirmi?

10: Ərəb rəqəmlərini ərəblər özləri kəşf etməyiblər. Əslində ərəblər bu rəqəmləri hindistanlılardan götürüb. ərəblər sadəcə bu rəqəmləri onlardan götürüb dünyaya öz adları ilə tanıtmışlar.

9: Poker - amerikan kart oyunu deyil. Poker 3 min il bundan əvvəl farslarda yaranıb. OyunTuz adlanırdı. Bu oyunu Avropaya səlib yürüşçüləri gətirib.

8: Məğlubedilməz armadanın məğlubiyyəti İspaniya üçün heç də həlledici olmayıb. Hətta, nəticələrinə görə belə qərara gəlmək olar ki, bu çəğlubiyyət İspaniya üçün əhəmiyyətsiz olub. Bu məğlubiyyətdən bir neçə il sonra ispanlar yeni gəmilər inşa etməyə başladılar və məğlubiyyətdən 15 il sonra İspaniya Amerikadan əvvlki dövrlərdən daha çox qızıl və gümüş gətirməyə başladı.

7: Tibb təkcə orta əsrlərdə yox, hətta son zamanlara qədər çox təhlükəli idi. XİX əsrin sonlarına qədər həkim xəstə üçün xəstəliyin özündən də təhlükəli idi. 1910-cu ilə qədər xəstələrin yalnız yarısını sağaltmaq mümkün olurdu. Yalnız çox sağlam adamları həkim tərəfindən müalicə etmək olurdu.

6: Mosart heç də kasıb yaşamayıb. Əslində o yaxşı qonararlar alırdı. Bir saatlıq fortepiano dərsləri üçün o 2 qulden alırdı. Müqayisə üçün qeyd edək ki, onun qulluqçusunun 1 illik maaşı 12 qulden idi. Bir konsertdən onun gəlirini elə öz sözləri ilə ifadə edək min quldendən az olmaz

5: Henri Ford konveyeri icad etməyib. Hələ 1902-ci ildə, Fordun ilk T-Modelinə qədər, onun əsas rəqiblərindən biri olan Rensom Olds konveyerdən istifadə etmişdir. Oldsun fabrikində ildə 1500-2000 avtomobil istehsal olunurdu.

4: Napoleon ruslara müharibəni soyuq hava şəraitinə görə uduzmayıb. Hətta demək olar ki, müharibə zamanı hava digər vaxtlara nisbətən daha isti olub. Şahidlərin o vaxtki qeydlərinə görə Napoleon Varşavaya və Kiyevə daxil olarkən hava 10, Revel və Riqada isə 7 derəcə istilik olub. Napoleon müharibəni öz strateji səhvləindən uduzub.

3: İmzanın yerinə xaç işarəsinin çəkilməsi savadsızlıqdan olmayıb. Uzun illər savadlı avropalılar imza yerinə xaç işarəsi qoyardılar. Xaç işarəsinin sağında ya da solunda öz adlarını tam formada yazardılar.

2: Skalp – başın dərisinin saç ilə birgə qoparılması heç də hinduların ixtirası deyil. Bu qədim skiflərin və Qərbi Sibir xalqlarının adəti olub. Amerikan hinduları belə qəddarlığı ilə seçilməyib. Hətta bəzi alimlər iddia edir ki, hindular ağların gəlişinə qədər skalpın nə olduğunu bilməyiblər. Beli, məhz ağlar düşmənin başının dərisini qopardırdılar.

1: Azadlıq Heykəli heç də Nyu-Yorkda yerləşmir. Nə Nyu-York şəhərində, nə də ştatında. Azadlıq Adası (Liberty İreland, əvvəlki Bodlo İreland) coğrafi cəhətdən Nyu-Cersi ştatına aiddir.

Комментариев нет:

Отправить комментарий