Leyla Fərcami
Leyla Fərcami çağdaş İran poeziyasının nümayəndələrindəndir. İran-İraq müharibəsi zamanı ailəsiylə birlikdə Amerikaya mühacirət edən Leyla Fərcaminin şeirləri İngilis, fransız, İsveç, türk, ərəb və s. dillərə tərcümə edilib. Fərcami “Pis qızların etirafları”, “Alpın xoşbəxt inəkləri” “Palçıq” kimi bir çox kitabların müəllifidir. Hal-hazırda Amerikada mühacirətdə yaşayır.
ÇemodanlarLeyla Fərcami çağdaş İran poeziyasının nümayəndələrindəndir. İran-İraq müharibəsi zamanı ailəsiylə birlikdə Amerikaya mühacirət edən Leyla Fərcaminin şeirləri İngilis, fransız, İsveç, türk, ərəb və s. dillərə tərcümə edilib. Fərcami “Pis qızların etirafları”, “Alpın xoşbəxt inəkləri” “Palçıq” kimi bir çox kitabların müəllifidir. Hal-hazırda Amerikada mühacirətdə yaşayır.
Mən özüm deyiləm,
bir çamodanam.
İllər öncə kilidlənib
müsafirlərə verilmiş bir çemodan
Sınmış durbinlər, paralanmış kasetlərlə
dolu,
atlarının “Təxt-i Cəmşid”,
inəklərinin “Babil” qülləsini
və quşlarının xaşxaş tarlalarını yeyən
bir şəhərdən gəlmiş
çemodan.
Həmişə
istəmədən
səfərə çıxan çemodan.
Biri sənin üçün bir şam yandırdı
Biri sənin üçün bir şam yandırdı
Söndü.
Biri sənin üçün çıraq yandırdı
Qırıldı.
Biri sənin üçün göz açdı həyata
və kor oldu.
O zaman xatırladım
əldən getmiş bir ölkədə,
dağlar quyu kimidir
quyular uca
və quşları qanadsızdır.
O zaman xatırladım
əldən getmiş bir ölkədə
uşaqlar
öz analarını göy qurşağı altında doğur
və gömürlər.
Çarəsiz dərd
Tehran:
Təsadüfi bir qışqırıq,
bir təcavüz çığırtısı,
bir ölüm qəhqəhəsi
və ən hündür rabitə qülləsinin təpəsindən yıxılan
kor kişinin
fəryadları...
Dünyanın ən kobud səslərini
eşitməkçün
ah, necə də darıxmışam.
Fars dilindən tərcümə: Ariz kulis.az
Комментариев нет:
Отправить комментарий