13.02.2012

Dünyanın yeni kulturoloji dərki

Aydın Xan: “Dünyada yaranan yeni düşüncə texnologiyalarının elmi-mədəni düşüncəmizdə zamanında tətbiqi məsələsi yenə də öz aktuallığını saxlamaqdadır”

Çağdaş qloballaşma prosesində dünyanın yeni kulturoloji dərki vacib əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dünya mədəniyyəti prosesində iştirakı da arzuedilən səviyyədə olmalıdır. Həmçinin indiyə qədər dünya mədəniyyətinə verdiyimiz töhfələrin düzgün qiymətləndirilməsi də bizim üçün önəm daşıyır. Layihə çərçivəsində bizə bu barədə fikirlərini bildirən Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xanın fikirləri maraqlıdır.

 “İndi tənbəlliyin daşını atmağı bacaranların əksəriyyəti çağ­daş milli fikri formalaşdıran düşüncə adamlarını tənqid et­məyi xoşlayır: “Azərbaycan ictimai-elmi, mədəni-ədəbi fik­ri­nin səviyyəsi dünya standartlarından çox geri qalır; bizdə niyə dünyaşöhrətli filosoflar yoxdur; beynəlxalq aləmdə qəbul edilən yaradıcı fərdlərimiz, tanınmış intellektuallarımız görün­mür; belə getsə, müxtəlif sahələr üzrə Nobel mükafatı alanımız ola­caqmı!?” Kifayət qədər kəskin səslənsə də, subyektiv iradlardır və bu yerdə düşüncə adamlarımız, müxtəlif bəhanələr gətirsələr də, sonda bircə məsələdə razılaşmalıdırlar: bilgini, elmi, intel­lek­ti, bir sözlə, ictimai-mədəni fikri xalq, kütlə deyil, ayrı-ayrı se­çilmiş peşəkar fərdlər inkişaf etdirir, zənginləşdirir, sivili­za­siya məhsuluna – bəşəri uğura çevirir... Son illər həyatımız kimi, elm və texnika, insan düşün­cə­sinin müxtəlif sahələri çox sürətlə inkişaf edir, canlı orqanizm ki­mi durmadan irəliyə doğru hərəkətdədir. Azərbaycan toplumu ola­raq zamanın diktəsini yerinə yetirməsək, yəni qlobal pro­ses­lər­dən bircə addım kənara qalsaq, ortaya çıxacaq uçurumu əsr­lər boyu doldura bilmərik”.Bu mənada vurğulamaq yerinə düşər ki, dünyada yaranan yeni düşüncə texnologiyalarını elmi-mədəni düşüncəmizdə ça­ğın­da tətbiqi məsələsi yenə də öz aktuallığını və kəskinliyini sax­lamaqdadır. Kulturoloq bildirir: “İnsan şüurunun digər istiqamətləri barədə mü­la­hi­zələr söyləmək imkanımız olmasa da, humanitar sahəmizə aid maraqlı bir problem barədə fikirlərimi bölüşmək istəyirəm. Bəşər sivilizasiyasının tarixinə ekskurs edəndə görürük ki, yaşadığımız dünyanın dərki və inikası ilə bağlı müxtəlif for­ma, eləcə də fərqli texnologiyalar mövcud olub: reallığın mifo­lo­ji, dini, ədəbi, bədii, elmi, fəlsəfi, riyazi, hətta poetik inikası mə­sələsi əsrlər boyu düşüncə adamları arasında böyük po­le­mi­ka­lara, elmi mübahisələrə, hətta fikir münaqişələrinə səbəb olub. Zaman-zaman bu formatlar – düşüncə texnologiyaları yer­lərini, mövqelərini dəyişib, bəziləri uzun müddət, digərləri isə müəyyən vaxt ərzində ictimai-humanitar düşüncədə birin­ci­li­yi əlində saxlayıb. Qeyd etmək də yerinə düşər ki, onların bir çoxu (dini, elmi, ədəbi-bədii) bəşər tarixində – sivilizasiya ge­dişatında nəzərəçarpacaq çevrilişlərə, nəhəng yeniləşmələrə tə­kan verib”.Son əlli ilin düşüncə texnologiyalarının içində maraqlı ha­disə – dünyanın kulturoloji dərki məsələsi ətrafında bey­nəl­xalq intellektual-yaradıcı çevrələr qızğın polemikalara girişiblər. Dünyanın, gerçəkliyin, həyatın, əbədiyyətin və zamanın kultu­ro­loji dərki, təhlili və inkası problemləri əksər sivill ölkələrin in­tel­lektuallarının, yaradıcı-elmi dairələrinin, filosof və alim­lə­ri­nin müzakirə obyektinə çevrilib. Kulturoloqun fikrincə, bizim bir sıra mədəni-intellektual çevrə­lə­ri­miz hələ də bu qlobal beyin-bilgi proseslərinə tam qoşulmayıb və kul­turologiyanı yalnız mədəniyyətşünaslıq kimi qəbul etmək meyil­ləri kimi komplekslərdən uzaqlaşa bilməyiblər: “İntellektual ədəbiyyatlarda bir elm sahəsi olaraq kulturo­lo­giyanın vahid tərifi ətrafında hələ də mübahisələr getsə də, ensik­lopedik lüğətlərdəki müəyyən məlumatlardan bəzi məsə­lə­ləri aydınlaşdırmaq mümkündür. Sosial və humanitar bilik­lə­rin vəhdəti nəticəsində insan, eləcə də cəmiyyət həyatını öy­rə­nən elm sahəsi kimi kulturologiya böyük mənada mədəniyyəti var­lığın əlahiddə tamlığı kimi öyrənir. 
Kulturoloji elmlər deyil­dik­də isə üç bilgi sistemi – humanitar kulturologiya, sosial kul­tu­rologiya və tətbiqi kulturologiya nəzərdə tutulur: nəzərə al­maq lazımdır ki, bu bölgü kulturologiyanı bir elm kimi dərk edən­də işlək sayılır. Öz növbəmdə onu da əlavə etmək is­tə­yi­rəm ki, geniş mənada, yəni fəlsəfi və poetik tərəf­lə­rinə, bilgi-düşüncə texnologiyası kimi götürəndə, kultu­rolo­gi­ya dar çər­çi­və­dən çıxıb, qlobal sivilizasiya formasına – dün­ya­gö­rüşünə çev­ri­lir. Bu zaman ondan yararlanaraq indiyə qədər dərk edil­mə­yən bir çox qlobal problemlərə yeni və fərqli ba­xış­larla nəzər salmaq, əbədi sualların sadə cavabını tapmaq müm­kündür.Təkrarən qayıdırıq kulturoloji elmlərə, yaxud elmin kul­turoloji dərkinə, təhlilinə. Dünya kulturologiya elmi son 50-60 il­də çox böyük bir inkişaf mərhələsi keçib ki, vaxtilə və in­di­nin özündə də Rusiya, rus dili vasitəsilə onun bəzi qatları barə­də informativ bilgilər əldə edirik.Humanitar kulturologiyanın istiqamətləri çox genişdir: ümu­mi profili tarixi-mədəni araşdırmalar; mental mədəniyyətin təd­qiqi; dini aspektlərdən mədəniyyətin öyrənilməsi; mədə­niy­yət tarixinin ədəbiyyatşünaslıq baxımından tədqiqi; mi­foloji mə­dəniyyətin tarixi; etnolinqvistik və semiotik nöqte­yi-nəzər­dən təhlil; sənətşünaslıq və estetika kimi sahələrinin qar­şılaş­dı­rıl­ması nəticəsində əldə edilən bilgilər və başqaları”.Qeyd edək ki, sosial və mədəni antropologiya; mədəni-tipoloji istiqa­mət; mədəni-psixoloji istiqamət; kulturoloji-ekoloji və b. qollar isə kulturologiyanın sosial-elmi profili sayılır. Ən geniş yayılan tətbiqi kulturologiya da müxtəlif isti­qa­mət­lər üzrə inkişaf edib: “Mədəniyyət institutlarının fəaliyyəti və mədəniyyət siyasətinin nəzəriyyəsi; sosial-mədəni proq­noz­lar, layihələşdirmə və tənzimləmə metodları; təhsilin kulturo­lo­ji­ləş­di­rilməsi; şəxsiyyətin sosiallaşdırılması və sosial-mədəni pe­da­qogika; mədəni irsin qorunması formaları; muzey işi; di­yar­şü­naslıq və sair. Bütün bu sadalanan istiqamətlər üzra dün­ya­nın ayrı-ayrı ölkələrində kulturoloji məktəblər, intellektual çev­rə­lər, elmi-fəlsəfi institutlar, tədqiqat mərkəzləri fəaliyyət gös­tərir”. Kulturoloq bildirir ki, 2007-ci ildə AR Mədəniyyət və Turizm Nazirli­yinin təş­­ki­­lat­­çı­lığı ilə Ölkə Kulturoloqlarının I Forumu keçirildi. Bu fak­tın özü də sübut edir ki, artıq dövlət tərəfindən kul­tu­ro­lo­gi­­yaya xüsusi diqqət göstərilir və yaxın gələcəkdə ictimai-in­tel­lektual düşüncəmizdəki boşluqlar tezliklə aradan götürü­lə­cək.A.Xan onu da qeyd etdi ki, qloballaşan dünyada özündə mədəniyyətlərin inteqrasiya­sı­­nı, fərqli sivilizasiyaların ən dəyərli tərəflərini cəmləyən este­tik-ədəbi nümunələr yaratmaq, onu daha geniş insan kütlələrinə çatdırmaq işində yaradıcı intellektuallara elmi-texniki tərəqqinin son nailiyyətləri – yazılı və elektron KİV, internet, elektron in­for­­­masiya daşıyıcıları, mobil rabitə vasitələri böyük yardımçı olur. Bununla kulturologiyanın ayrı-ayrı sahələri də inkişaf etmiş olur. ABŞ-da yaşayan soydaşlarının həyatından yazan yapon ya­za­­rının romanını, yaxud da İstanbulda sərgisi açılmış Azər­bay­can rəssamının yaradıcılıq uğurları barədə dünyanın hər yerində y­a­­şayan insanlar sürətlə xəbər tuturlar: “Yetər ki, bu işlərə lazımınca maraq və hə­vəs ol­sun. Eyni zamanda bu maraq kütləvi miqyasda olmalıdır”.

İlkin AĞAYEV                 “Palitra qəzeti”

Комментариев нет:

Отправить комментарий