09.02.2012

İctimai sektora gələnlər


Pərviz Əzimov

Son dövlər ictimai sektordakı durumla bağlı narazılıq həddindən artıq çoxalıb. Bu narazılıqlar 2 müstəvidə aparılır. Bir filankəs qorxaqdı , 2 ictimai sektorda sadə dildə desək QJ-ların sayı artıb. Birinci məsələyə toxunmayacam. Çünki bu söhbət ta qədimi dövriyyədən var. Bu QJ söhbəti isə yeni – yeni yaranmağa başlayıb. Mən də razıyam. Bu “ictimai sektor”dan bəzən iyrənirəm. Çox qəribə insanlar peyda olub burada. Yalnız söyüş söyməklə özünü dahi sayanlar 4 yanımızı bürüyüb. Ömründə dünya ədəbiyyatından 1 kitab oxumayanlar, fəlsəfənin heç dialektikasını belə bilməyənlər dühalıq iddiasına düşüb.
Bəs bunun səbəbi nədir və onlar niyə bu sektorda olmaq istəyirlər?! Mən ictimai sektora son 3-4 ayda qoşulanları özlüyümdə 3 qrupa bölmüşəm.

1.    “Am var dedilər gəldik” seriasından gələnlər. Bunlar yeni qoşulanların təqribən tən yarısını təşkil edir. Bir zamanlar “qaqaş” dediklərimiz, öz “qaqaş”lıqlarını saxlamaqla bizim aramıza qatılmağa cəhd edir və bir çoxları da onları qəbul edir. Bu tip insanları öz təşkilatlarına üzv edənlər hələ də bilmirlər ki, onların verə biləcəyi heç bir xeyr yoxdur. Səbəbini isə birazdan açıqlayacam.
2.    Bekəraçılıqdan gələnlər. Bunlar yeni gələnlərin təqribən 35 faizini təşkil edir. Bu insanlar birincilərdən çox fərqlənməsələr də qismən onlardan daha aktiv olurlar. Sadəcə bu insanların çox az hissəsi sonradan bu sektorda qalır, özlərini təsdiq edə bilir.
 
3.    Həqiqətən də, nə etmək istədiyini anlayanlar, ətrafında baş verənlərdən narahat olub, nəsə töhvə verə biləcəklərini düşünüb gələnlər.

1-ci hissəyə aid olanları öz aralarına qəbul edənlərin nə düşündüklərini həqiqətən də anlamaq olmur. Bu insanları qəbul edənlərin isə özlərinə yeni düşncəli lider deməsini ümumiyyətlə qəbul etmək mümkün deyil.
Əzizlərim bir reallıq var, o da budur. Bilirəm ki, sizlər (onları qəbul edənlər) bu ölkədə hansısa inqilabi dəyişiklik istəyirsiz. Ancaq anlamaq lazımdır ki, bu inqilabları heç vaxt kütlələr etməyəcək, artan saylar etməyəcək, bunu yalnız cəmiyyətin düşünən beyinləri edəcək. Bunlar isə cəmi 10 faiz və ya bundan da az bir hissəini təşkil edir. Qalanları isə sadəcə bu inqilabın vizual görüntüləri olacaq və bu görüntülər təşkilatlanma zamanı kənarda qalmalıdır. Çünki biz belə etmişik.
Mən tam əminliklə deyə bilərəm ki, üzvü olduğum Dalğa Gənclər Hərəkatı bu ölkədə inqilab etmiş təşkilatdır (İnqilabın nədən olduğunu anlamayanlar o QJ-lardır, ancaq yenə də istəsələr bunu onlara izah edə bilərəm). Bu inqilab tam bitmiş olmasa da, artıq insanların bir çoxlarının beynində baş verib. Ancaq biz bu inqlabı o QJ-lar olmadan etmişik və sizlər də bunu yalnız bu formada bacaraqsınız. Ana – bacı söhbəti edənləri öz aranıza qatmaqla, say artırıb inqilab edə biləcəklərini düşünənlər isə əmin olsunlar ki, heç nəyi bacarmayacaqlar.

Комментариев нет:

Отправить комментарий