10.02.2012

Köç


Nurhafiz

Gələn yox sükutun dilini aça,
Əlvida söyləyə bu yaz qara dağ.
Ümüd işığıdı açan tumurcuq
Yaşıl səs salacaq budaqlara uyaz.
Dözümə dərs keçir qayanın səbri,
Arana “zəng vurur” meh sığalıyla.
Çiçəklər gözünün yaşını yuyur
Gecənin nəmiylə-şeh sığalıyla.
Meh vurur, çiçəklər yaylıq yelləyir,
Arana boylanır dağın nisqili.
Nə vaxtdır it səsi sükutu qovmur,
Boynu bükük qalıb yollar küsülü.

Köhnə köç yerində qalan kül yeri
Həsrəti qovuran ocağa dönüb.
Çiçəkdən-çiçəyə qonan kəpənək
Nisqili daşıyan uçağa dönüb.

Yazağzı ləngiyir aran köçləri ,
Teylənə bilməyir yol havasına
Kəhərlər aranda yuxuya dalıb,
Dağ yolu kişnəyir nal havasına.
***
Qonşunun həyətində
yatan itə daş atdım,
tutdu məni.
Düz elədi.
Qonşu
Söyə-söyə döydü məni.
Uşaq idim,
günahı itdə gördüm
Itə görə
bizdən küsən qonşunun
Iti bir gecə
bizim qapıda
bir tülkünü boğmuşdu.
Səhər tezdən
bizi söyə-söyə
qonşu itini döyürdü.
O da
sahibinə baxırdı
səssiz, kirimiş.
Onda bildim,
o it
qonşudan yaxşı adam imiş.
***
GГ¶zЙ™l ЕџeilЙ™rÖmrüm-gözləmə zalı,  
yoxluğun-qatar,
Kədər
relslər altına sərib səsimi,
günlərimi
nisyə daşıyır sabaha.
Ayrılıq
Qısır ümidlərin
barmağına xına yaxdı,
vaxtı
yaylıq kimi yellədi.
Dərdin əli cibimdə-
ömrümü
cib xərcliyi elədi.

LƏYAQƏT

Atası qoca,
anası xəstə,
qardaşı yoxdu
əri-şəhid.
Dərd doğma,
adamlar biganə,
nəfsi toxdu
Allah Şahid.
Qüruruna siğə
etdirib arını,
ehtiyacla əlbir
böyüdür uşaqlarını.

Комментариев нет:

Отправить комментарий