10.02.2012

Səbrin kasası gec-tez dolar əlbət


Surxay Qocayev

Səbrin kasası gec-tez dolar əlbət,
Zülm evi bir gün bərbad olar əlbət.

Olma, xoş gün gələr, zəndində əbəs,
Haqqın alana imdad olar əlbət.

Baş əyərsə, bir xalq zalım önündə,
Günü zülm əlindən dad olar əlbət.

Öz taleyinə biganəsə, millət,
Aləmdə halı fəryad olar əlbət.

İnsan azad olan ölkədə gerçək,
Səhra da dönüb abad olar əlbət.

Xalq üçün kim ki, edə canın fəda,
Hər zaman hörmətlə yad olar əlbət.

Bir ömür yaşayır dünyada hər kəs,
Qalan, Surxay, yaxşı ad olar əlbət.

Комментариев нет:

Отправить комментарий