08.02.2012

“Mənimki sazdır, mən saza ərə getmişəm...”


Sofya Sadıqlı Azərbaycan şor-biznesindən yazdı!
bounce.gif
Rəqsanənin şərəfli adı

Rusiyanın bazarlarında peraşki sata-sata gəlib manıslıq pilləsinə yüksələn Rəqsanə o günlərdə ağzını düz göyə tutub bəyanat verib: “Mən Azərbaycan qızı kimi şərəfli ad daşıyıram”. İndi qalxıb Rəqsanədən soruşan yoxdur ki, sən bu şərəfi qoruya bilmisənmi? Hələ də bu adı daşıyırsan, amma bu adı hələ də şərəflə daşıyırsanmı? Görəsən, ayaqlarının arasını dombaldıb şəkil çəkdirən adam gerçəkdən şərəfli iş gördüyünü düşünür? Yox, əslində Rəqsanə kim olduğunu yaxşı anlayır. Amma şouxanadakıların adətidir bir şeyi fikirləşib başqa şeyi danışmaq. Bu günlərdə isə Rəqsanəyə şouxanaya yalmanan, üzdəniraq müxbirlər və ya müxbir adına qara ləkə olanlar yeni ad qoyublar- “Seksi Şakira” Amma Rəqsanə “Seksi Şakira” adından xoşlanmadığını deyib: Səmimi sözlərimdir, “İsmayılova” soyadı mənə yetərlidir, hər şeydən öncə mən Azərbaycan qızı kimi şərəfli adı daşıyıram. Bundan böyük ad yoxdur. Təxəllüslərə hələ ki, ehtiyac duymuram”.

Bir müddət bundan öncə tədbirlərin birində saçlarını qaynaq etdirən Rəqsanənin sarı saça edilmiş qara “svarkası” kənardan gəl-gəl deyirdi. Bu isə Şakiranın adına əsl qara ləkə idi. Doğrusu, mən Rəqsanənin Şakiraya bənzədilidiyini eşidəndə çox hirsləndim və dedim ki bircə Şakira qalmışdı, axır ki, Rəqsanə onu da murdarlaya bildi. Amma siz görün Rəqsanənin bir-iki manatına görə ona yalmanan və jurnalist adına qara ləkə olan birisi nə yazıb: “Rəqsanənin qara paltarı, gün keçdikcə dəyişən imicinə xüsusi şarm verirdi”.

Brilliantdan yeni seksual zarıltı erməni sevglisi üçün…

Веселая подборка (105 фото)
Deyir Brilliant yenə klip çəkdirib. Xəbəri eşidən kimi klipə baxdım ki görüm nə var, nə yox. Nə görsəm yaxşıdır? Bizim gül kimi xalq mahnımız olan “Çıx yaşıl düzə” mahnımızı Brilliant pis günə qoyub. Əyninə bapbalaca tuman geyinən manıs başına hindu qəbilə başçılarının taxdığı lələklərdən taxıb. Mahnının sözlərini osmanlı ləhcəsində başlayan manıs sonrasını azəricə davam etdirirb. Hələ bu harasıdır, elə bil Brilliantı kimsə indicə zorlayıb və manıs ağzını bu ağrıdan güclə açıb-yumur. Guya kişinin qızı bununla özünə seksi görkəm vermək istəyib. Vaxtilə rəhmətlik Anatolli Qəniyevin çox gözəl ifa elədiyi “Çıx yaşıl düzə” mahnısına ərəb, türk mahnılarından iniltili çalar qatan Brilliantın bu hərəkətini yəqin ki şouxanaya yalmanan jurnalistlər xeyli tərifləyəcək. Bəlkə bu biabırçı klipə görə manıs Brillianta bir “Şərəf” ordeni də verildi. Klipdə Türkiyədə yaşayan tanınmış azərbaycanlı balabançı, Əlixan Səmədov da çəkilib. Doğrusu, belə sviyyəsiz klipdə çəkilməsi ona olan smpatiyamı sıfıra endirdi. Brilliant isə Əlixanın yanında rahatca burcutmasına və dalını oynatmasına belə bir şərh verib: “Əlixanla bir neçə birgə konsert vermişik. Ona görə də onunla çəkiliş meydanında özümü çox rahat hiss edirdim. Ümid edirəm ki, klip yalnız bizim yox, Türkiyə tamaşaçılarının da xoşuna gələcək. O, Türkiyənin Kral televiziyasında mütəmadi olaraq yayımlanacaq”. Deyirlər, Brilliantın Türkiyədə erməni sevglisi var. İndiyə qədər inanmasam da, artıq bunun şayiə olmadığına əminəm. Çünki o, bu addımı erməni sevglisinə xoş gəlmək üçün atıb.

Telliyə üzük yox, saz gərəkdir, saz

Aşıq Telli Borçalı yerli telekanallardan birinin efirində göz yaşlarını saxlaya bilməyib. Çünki Telllinin həyatı gerçəkdən hindiski kinodur. Adam aşıq ola, saz-paz adamı ola, özü də tənha ola. Amma Telli çox saxtakardır. Bir dəfə gördüm deyir ki, guya bu qızın kişilərlə arası yoxdur: “Mənim ki sazdır, mən saza ərə getmişəm”. Deyirəm, a Telli, adam sazı kökləyə bilər, çala bilər, sinəsinə də sıxa bilər, amma axşamlar qucaqlayıb yata bilməz e. Özü də Bakının bu şaxtalı günlərində adam soyuq, işığı, qazı olmayan buz kimi evdə yatanda yadına heç saz düşər? Yadına düşəndə yanında olmaz. Nə isə, oynun olsun a Telli.  O gün də deyir ki, qızın aşıq olmasını atası dəstəkləyib. Nəyi pisdir ki? Sadəcə pis olan o olub ki, Telli atası rəhmətə gedəndən sonra sazı buraxmaq istəyib. Görün, heç burda məntiq var? Əgər atan sənin aşıq olmanı istəyibsə, sən də onun istəyinə uyğun olaraq aşıq olmusansa, atandan sonra day sazı niyə buraxırsan ki?
Приколы дняSaytalardan biri yazır ki, aşıq ailə qurmaq istəmir. Bu da maraqlıdır. Milli mentalitetə söpykənsək Telli artıq bu yazının müəllifi kimi qarımışlar siyahısındadır. O zaman Tellini ərə getməkdən saxlayan nədir? Görək aşıq Telli bu barədə söyləmiş, nə söyləmiş: “Məni sevənlər çoxdur. Mənsə heç kimi sevə bilmirəm. Kimisə bəyənsəm belə, hər dəfə onda qüsur tapıram. Bundan sonra həmin insana marağım itməyə başlayır. Kiminsə üzərimdə hökmranlıq etməsini, mənə qadağalar qoymasını xoşlamıram”.
Deyilənlərə görə, çıxdığı verilişlərdən birinin sonunda Telliyə hansısa  biznesmen tərəfindən içərisində güllər və bahalı brilyant üzük olan səbət göndərilib. Amma aşıq ondan imtina edib. İnanan daşa dönsün.

Gözünüz aydın, Ulvira boşanmadı…

Yəqin yadınızdadır, axı “Toy olsun” verilişinin aparıcısı Ulviranın ərini bıçaqlamışdılar. Xatırladaq ki, Ulvira əri, meyxanaçı Tərlanla sözlərinin tutmadığını deyərək boşanmağa qərar vermiş, qərarının qəti olduğunu söyləmişdi.
Lakin Tərlan iki dəfə bıçaqlandıqdan sonra xeyli ağıllanmış və arvadına geri dönmüşdür. Deyirəm, gör bu zavallı xalq nə gündədir ki, öz ailəsini idarə edə bilməyənlər gəlib xalqa arvad alıb, ərə getmək dərsi keçirlər. Şükr sənə ilahi, nə qədər günahlarımız varmış ki cəzasını bu qədər dərindən-dərinə çəkirik.

Sofya Sadıqlı
Приколы дня

Комментариев нет:

Отправить комментарий