07.02.2012

Pənah Hüseynin ANS-dəki rəzaləti


Arzu Abdulla

Dəqiq yadımdadır, 10-cu sinifdə oxuyurdum. Bir gün direktor bütün şagird və müəllim kollektivini məktəbin həyətinə yığdı. Direktorun və müəllimlərin sifətində dəhşətli ifadə vardı. Direktor “Uşaqlar, axşam Bakıda qırğın olub. Adamların üstündən tankla keçiblər” deyib göz yaşlarında boğuldu. 



20 yanvarın sabahı günü etiraz əlaməti olaraq komsomol biletimi cırdım. Biz əslində ətrafımızda baş verənlərdən xəbərsiz idik. Sanki bizim haqqımızda bir sözünü də başa düşmədiyimiz xarici dildə bir film göstərirdilər. Axı nə danışırlar, kimdən danışırlar, axırda nə olacaq, filmin sonu necə qurtaracaq? Bu sualların cavabı bu gün hər bir azərbaycanlıya bəllidir. Kaşki o zaman bəlli olsaydı. Bu qədər səhvlərə də yol verməzdik. Layiq olmayanları qəhrəman səviyyəsinə yüksəltməzdik.


Sizə indicə təsvir edəcəyim olayın isə yuxarıdakı tarixlə çox yaxın əlaqəsi var. Bu olayı siz heç vaxt televizorda görməyəcəksiniz. Çünki çəkilişin efirə getməsinə qonaq qismində çağrılmış Pənah Hüseyn imkan vermədi. Niyəsi isə çəkilişdə iştirak edən digər qonaq-Əfşar Süleymaninin Pənah Hüseynə “Sən dedin ki, Əbülfəz Elçibəy tarixçidr, o, siyasətçi deyil” deməsi oldu. Ya Rəbbim, bir cümlənin nə boyda enerjisi olarmış?

Deməli, hadisə vaqe olub fevralın 4-də ANS-in “Ən yeni tarix” verilişinin çəkiliş meydanında. Verilişə Azərbaycanın keçmiş prezident əvəzi professor Yaqub Məmmədov, tarixçi professor Cəmil Həsənli, Azərbaycan Yaşıllar Partiyasının həmsdəri politoloq Mayis Güləliyev, Azərbaycanın İranda səfiri vəzifəsində çalışmış professor Nəsib Nəsibli, Əbülfəz Elçibəy dövründə baş naziri işləmiş Pənah Hüseyn və İranın ölkəmizdə səfiri vəzifəsində çalışmış Əfşar Süleymani dəvət olunmuşdular. “Ən yeni tarix”in bu dəfəki mövzusu “İran-Azərbaycan münasibətləri” idi. Aparıcı Mir Şahin yenə öz ampulasında idi. O, aramla danışır və tarixin təkərini bir az arxaya çəkməyə çalışırdı.Tarix isə Əbülfəz Elçibəyin prezidentliyi dönəmindəydi. Mir Şahin üzünü Əfşar Süleymaniyə tutub onunla vaxtilə aralarında olan soyuq müharibədən söz açdı: “O vaxtlar Əfşar Süleymani 1992-ci ildə İran hökumətinin Qarabağa yardım etdiyini ilk dəfə söylədi. Bu yardım nədən ibarət idi?” sualına Əfşar Süleymani “silah yardımı etdik” cavabını verdi. Pənah Hüseyn bu zaman yerindən etiraz etdi ki, dövlətlər arasında olan bəzi məsələlər var ki, onun geniş kütlə üçün açıqlanması düzgün deyil. Sabiq səfir isə bu barədə 20 illik siyasi fəaliyyətini işıqlandırdığı kitabında da yazdığını bildirdi. Daha sonra o zamankı prezident Əbülfəz Elçibəyin İrana o qədər də müsbət olmayan münasibəti haqqında danışılanda Pənah Hüseyn bu fikirə kəsinlikə etiraz etdi və “Azərbaycan İran münasibətlərinin ən yaxşı dövrü mənim prezidentim Elçibəyin dönəmində olub” dedi. Buna etiraz edən Süleymani isə Pənah Hüseynin prezidenti Elçibəyə əsl “sevgsini” sərgilədi. Belə ki, Əfşar Süleymani Pənah Hüseynə İrandakı söhbətini xatırlatdı: “Pənah bəy, siz İrana gəlmişdiniz. Sizinlə Əbülfəz Elçibəyin İrana olan soyuq münasibətindən danışdıq. Elçibəyin İrana soyuq münasibətinin səbəbini soruşanda siz belə cavab verdiniz: “Əbülfəz Elçibəy tarixçdir, o, siyasətçi deyil”.

Əfşar Süleymaninin bu xatırlaması barıt çəlləyinə atılan qığılcım effekti verdi. Pənah Hüseyn yerindən atılıb Əfşara ağzına gələni deməyə başladı. Onun hərəkətləri, ağzından çıxardığı sözləri hansısa siyasətçinin deyil, daha çox şou əhlinin şou sərgilməyinə bənzəyirdi. Mir Şahin Pənah Hüseyni rahat etmək üçün dedi: “Pənah bəy, siz arxayın olun, sizin Elçibəy haqqında fikrniz efirə getməyəcək”. Bu isə əslində Mir Şahinin dolaysıyıla “sənin nədən narahat olduğunu yaxşı bilirəm” deməsi idi. Elə bu nədənin üstünü ört basdır etməyə çalışan keçmiş baş nazir üzünü Mir Şahinə tutub, Əfşar Süleymanini göstərərək “Bu əskiyi bura niyə çağırmısan?”-deyə bağırmağa və dəhşətli dərəcədə əsəbləşdiyini, özündən çıxdığını sərgilməyə başladı. Bu zaman qarşı tərəf “əskik sənsən”-dedi. Həddindən artıq “əsəbləşən” Pənah Hüseyn Əfşarinin üstünə yüyürüb onu vurmaq istədisə də təhlükəsizlik işçiləri buna imkan vermədilər. Pənah bütün bunlardan kar aşmadığını görüb, yenidən meydanı qızışdırmaq və üzündəki saxta əsəbiliyi ört-basdır etmək üçün bu dəfə Mir Şahinin üstünə qışqırmağa başladı: “Məni bu verilişə nahaq çağırmısız. Çağıranda bilsəydim ki, bu şərəfsiz (əlini Əfşar Süleymaniyə uzadıb) də burdadı heç gəlməzdim”. Əfşar Süleymani isə yenə də sakitcə P.Hüseynin cavabını qaytardı: “Pənah bəy, şərəfsiz sən özünsən”.

Pənah isə daha da qəzəbləndi (guya bu Əfşar Süleymaniyə ağzına gələni deməliydi, o, da başını aşağı salmalıydı) və yenə Əfşar Süleymanini döymək üçün onu üstünə yeridi. Gerçəkdən Pənah Hüseyn bu halında siyasətçiyə deyil, davakar məhlə uşaqlarına bənzəyirdi. Sanki burda siyasi söhbət deyil, məhlə uşaqlarının “söz çürütmə” davası gedirdi. Əfşarın souyqanlılığını və ona yuxarıdan aşağı baxdığını görən Pənah Hüseyn deyəsən, öz zəifliyini indi daha çox anladı və lap cin atına mindi. Bu dəfə Pənah Hüseyn məhlə uşaqlarının “söz çürütmə” davasından birbaşa məhlə qadınlarının “ala ey, yan-tökül” üsulundan yararlanmağa başladı. Pənah Hüseyn Əfşar Süleymaniyə üzünü tutub “Bu oğraş iki ildir arvad məhkəmələrində qalıb” deyə qaxınc verdi. Amma bu dəfə də Əfşar Süleymani sakit tövrünü pozmayaraq: “Elə bunu da sən etmisən də” dedi. Bu olayı seyr edənlərdən biri-yaşlı Bakı kəndlisi başını yelləyib dedi: “Bu Pənah da lap Nadir Qafarzadə kimi istəyir desin “mən əjdahayam”. Eyübdür vallah, gülünc günə qoydu özünü”.

Xülasə, aparıcı Mir Şahinin “Çəklişi saxlayın, bu veriliş efirə də getməyəcək, qonaqlardan üzr istəyirəm” bəyanatından sonra Pənah Hüseyn sakitləşdi. Sanki Mir Şahinin bu cümləsi tuluğun köpünü aldı.
Amma çəkilişi izləyənlər Pənah Hüseyinin süni hiddətinin səbəbini çox yaxşı anladılar. Deyəsən, bizdə buna siyasət deyirlər. Əslində Pənah Hüseynin son zamanlarkı imici gerizəkalı ailələrdə “atan bilsə dünyanı dağıdar, kişi əsəbidir” ultimatumundan başqa bir şey deyil. Amma belə götürəndə bu daha yaxşıdır. Yəni adətən belə atalar üstlərinə düşən bütün məsuliyətdən azad olurlar. Mən isə çəkiliş meydanındakı Pənah Hüseyn rəzalətindən bu günə qədər hey təkrar edirəm “Kaş komsomol biletimi saxlayaydım. Axı mən və digərləri niyə komsomol biletini cırdıq və Pənah Hüseynin arxasınca getdik? Axı nə üçün?”

Комментариев нет:

Отправить комментарий