15.02.2012

Rusiya ən dəhşətli silah istehsal edəcək

Rusiya ən dəhşətli silah istehsal edəcək
Dünyanın ən böyük və ən güclü lazeri inşa ediləcək

Bia.az-ın RİA “Novosti”-yə istinadla verdiyi məlumata görə, nəhəng lazer 1.5 milyard dollara başa gələcək. Lazer Moskvanın 500 kilometrliyində yerləşən Sarov nüvə tədqiqatları mərkəzinin yaxınlığında qurulacaq.

Rusiya Federal Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Eldar İlkayev rəsmi “RİA” agentliyinə verdiyi açıqlamada Kremlin lazerin inşası üçün razılıq verdiyini təsdiq edib. 360 metr genişliyində, 30 metr hündürlüyündə və 2.8 meqacoul gücündəki lazer 10 min kilometr uzaqlıqdakı hədəfləri belə işıq sürətiylə məhv edə biləcək.

Xüsusilə Rusiya üçün təhdid xarakteri daşıyan raketlər də bu silah vasitəsilə asanlıqla məhv edilə bilər.

Комментариев нет:

Отправить комментарий