15.02.2012

Yoxdur - Rəhmətlik Masallı Mamedin əziz xatirəsnə...


Masallı Mamed: "Mənim millətim mənim üçün hər şeydən artıqdır. Mənim millətmin mədəniyyəti mənim üçün hər şeydən üstündür. Mən deyirəm prosto kiminsə gözü kordusa, onun qəmi kəmdi..."

Bir kəs ki, sevib dünyanı, dünya malı üçün
Səhra ilə tən xüşki, kasaddı nəmi yoxdur 

Kafər nə bilə ləzzət olur meyü bəlada
Şeytana əsir quldu o qafil qəmi yoxdur

Hər kim desə dövran dəyişib pisdi zəmanə
Namərdə inanma, zamanın mərdimi yoxdur? 

Şad gündə unutmuş arayırsan ki, bəladə
Bir kəndinə sordumu, bunun dərdimi yoxdur? 

İnsanda ədəb yaxşıdı olsa o da ancaq
Olmazsa ədəb zatı qırıq, xərdimi yoxdur? 

Bir məzluma əl tut xeyir et çünki savab iş
Nadana günahla mübahın fərqimi yoxdur? 

Satdın Vətəni mədəyə nuş eylə qrandı
Dön keçmişə bax, yoxsa sərasərdimi yoxdu? 

Bax qarşı tərəf  vədi verib qırdı acından
Vermir kasıba bəs niyə, milyardımı yoxdur? 

Qanuni olan Oğruların qanunu vardır
Qanunsuza zindanda məkan dardımı yoxdur?

Sol çiyninə sakindi Laçın daima, yatmır
İnsaf elə barı bu, şərəf, ardımı yoxdur?

Комментариев нет:

Отправить комментарий