05.02.2012

Yad olan doğmalıq


Azer AllahveranovAzər Allahverənov

Ümidlə baxırdım qarlı aynaya,
Şüşədə xəyalən cızdım bir sifət.
Sevincək şükr etdim göyə, səmaya,
Gözündə əksinə gördüm tək nifrət.

Astaca hallını soruşub səndən
Tanrıdan bizlərə dilədim şəfqət.
Çox azca etina gözlərkən hərdən
Gözündə əksinə gördüm tək nifrət.

Öfkə atəşin də yandırdı yaxdı,
Hər sözdə dilədim yalnız mərhəmət.
Günəş də nurunu yaxama taxdı,
Gözündə əksinə gördüm tək nifrət.

Doğmalıq yad imiş əzəldən bizə,
Hər zaman bu fikri edirsən təsdiq.
Gedirəm, qalmasın gözündə qəzəb,
Bu yolda yar olur mənə tək Xaliq.

Комментариев нет:

Отправить комментарий