09.02.2012

Yol qatili


Zaur QeribogluZaur Qəriboğlu

MƏN NƏ ADAM, NƏ İNSANAM

Mən nə adam, nə insanam... Tez-tez sual verir dost-tanışım: – Bəs, sən nəsən?!
Mən adamlar, insanlar içində gəzən bir ruham.
Qaçırılan Qarabağ adlı bir gəlinin fəryad səsi, onun şəhid ərinin yaralanmış qəlbiyəm mən.
Həmin şəhid ərin anasının gözlərindən axan yaş, dilindəki ağıyam mən.
Mən nə adam, nə insanam... Mən yolam... Dilsiz, ağızsız, dərdli yol...

Qo­ca şəhərdə üzərində düşməni də dost tək gəzən yol...
Göydələnlər şəhərində gizlənən Qız Qa­la­sı­nın qədim divarlarında ağlayan göz yaşıyam. Mavi Xəzərin hirslənəndə dalğası, sakit vaxtı həzin səsiyəm mən.
Mən nə adam, nə insanam... Mən küləyəm, dəli külək...
Yoldan ötən gözəl qızın uzun qara saçlarını dağıdıb, içində dəli ehtiras oyadan külək...
Mən nə adam, nə insanam...
Mən payızın yağış oğlu, mən payızın kö­tük ağac atasının əzabla xışıldayan, lakin səsi­nə səs verilməyən, sarı yarpaq qızının fəryad səsiyəm.
Mən nə adam, nə insanam...
Hər qış yolların günahını donduran qa­ram... bəyaz qar, qırmızı qar...
Mən nə adam, nə insanam... Səhərləri do­ğan Günəş, gecələri işıqlandıran Ayam mən.
Min-min ulduz içində yetim qalan dan uldu­zu­yam...
Mən nə adam, nə insanam... Mən daşam. Və­tənində yadlaşan, vətən daşı, qaya daşı, çınqıl daşı...
Birinə sinə, o birinə isə baş daşıyam. Üzə­rin­də erməni bayrağını saxlayan Şuşanın qala daşlarının göz yaşıyam.
Mən nə adam, nə insanam...
Doğma vətənimdə insanların ögey baxdığı, ordan-ora, burdan-bura daş atıb, qovduğu, daha sonra barmaqlıqlar arasında həbs etdiyi Bozqurdam...
Boğazına zəncir salınan köpəyəm. Qorxur məndən cavan da, qoca da...
Nədi, nədi buraxanda üzü Qarabağa sarı qa­çan köpək qurduyam...

MƏN DAHİYƏM

Mən dahiyəm!.. İşsizi olmayan məmləkətin işsizlərinin dahisiyəm!
İşim yox işləməyə, dişim yox dişləməyə, mən varlılar məmləkətinin kasıblar dahisiyəm!
Mən dahiyəm!
Məmurunun cibindən neft qoxusu gələn, və­təndaşı neftə möhtac ölkədə neftsizlərin da­hisiyəm!
Mən dahiyəm! İstedadlı yazarlar içində is­te­dadsızların, qələmlilər içrə qələmsizlərin da­hisiyəm!..
Çöllər mənim tək məkanım. Mən çöllərin da­hisiyəm!
Yerim yox oturmağa, evim yox yaşamağa, yur­dum yox ölməyə, mən yurdsuzlar dahi­si­yəm!
Bir gün qəfil ölsəm, cəsədimi dəfn etməyib, çöp­lüyə atın siz... Mən çöplükdə bir parça çö­rək axtaran dilənçilər dahisiyəm!
Mən dahiyəm! Kim deyər ki, sən dahi de­yil­sən?!

QATİL

Qatil! Bu adı qazananlar çoxdur: dost qa­tili, ata-ana, qardaş-bacı qatili...
Bun­lar hamısı məhkəmə qarşısına çıxan qa­tillərdir.
Fəqət, yeganə qatil var ki, onu hakim cəza­landırmaz. Bu da sənsən!.. Sən, ruh qatili...
Sən ruhumun qatilisən! Sən sevgimin qa­ti­li­sən! Sən duyğularımın, xəyallarımın qatili­sən.
Sən qatilsən! Sən ilk görüşdə həyəcandan tit­rəyən əllərin, gözlərinə utanıb baxa bilmə­yən gözlərin qatilisən!
Sən qatilsən, dəniz kənarındakı görüşü­müz­də daş atıb, hürkütdüyün qağayıların qati­lisən! Sən qatilsən...
Üzərində sevərək gəzdiyimiz, evinizə ge­dən yolun qatilisən! Qorxma, nədən qorxur­san?!
Bu sadəcə mənim səsim, bu sadəcə mənim səndən şikayətimdir. Baxan yoxdu amma bu şikayətə...
Keçmişimin qatilisən sən!.. Keçmişimin qatili!..

Комментариев нет:

Отправить комментарий