10.03.2012

Azərbaycan kiminlə olacaqdır?

Гер ИльяRenessansın, 19-cu əsrdə Nitsşenin, XXI əsrdə post-modernistlərin ümumi cəhəti varsa - o da mövcud köhnə bağlarla əlaqələri tam kəsməkdir. Elitalar, güclülər buna uğurla müvəffəq olurlar, daha doğrusu bundan uğurla istifadə edirlər, amma həmin o köhnə bağlar (ailə dəyərləri, din və s) insanın təbii tələbatlarından doğulub deyə gec tez geniş xalq kütlələrində "azadlıqdan qaçış" istəyi yaranır: renessansı lüteran və kalvinist reformasiya, nitsşean azadlıqpərvərliyini nasizm, stalinizm, konservatizm və dini fundamentalizm əvəzləyir. Ümumi cəhət: köhnə sosial bağların, möhkəm əlaqələrin bərpası, risk isə böyükdür - totalitarizmə yol, "qara əsrlərə" qayıdış. Amma bu labüd və qaçılmaz prosessdir, bu-digər formada. 
Və söhbət Səbuhi Bayramovun iddia etdiyi kimi hökmən dinə qayıdışdan getmir. Hansı təfəkkür, hansı ideologiya özündə sosial əsasları, kollektivizmi, güclü əlaqələri və bağlılıqları tərənnüm edirsə indi onun belə deyək "ulduz vaxtıdır". Və bu təkcə din deyil, həm də sosializmdir, yeni formasiya avropa nasizmidir.

Bunun siyasi biruzəsini artıq islam dünyasında görməkdəyik: Ərdoğan, müsəlman-qardaşları, sələfi ərəb rejimləri, İran. Amma bu yalnız yaxın şərqin seçimidir.
Rusiya deyə bilərəm ki sosializmə qayıdır,
Avropada aşağı təbəqələrdə sosial qiyama meyllərlə bərabər, elitaların ötən əsr 30-cu illərin Almaniyası kimi kapitalı qorumaq üçün ultra-sağçılığa müraciəti demək olar dəqiqdir. Görək nə olur...
Bizim üçün vacib: Azərbaycanın kiminlə olacağıdır. Şərqlə yoxsa şimalla.
Mən ikincini tərcih edirəm.

Комментариев нет:

Отправить комментарий