10.03.2012

Gündəm

Hamid HerischiPostmoderni indi halal etdim sizə - Konspirologiya gətirirəm ədəbiyyatımıza


Mədəniyyətə yeni istedadları, SUBYEKTLƏRİ təqdim etmək xoşbəxtliyi son 10 ildə ancaq Azad Yazarlar Ocağı qismətinə düşdü- nə ANS kimi telekanallar, "Qanun" nəşriyyatı kimi qurumlar, Kuliss kimi ədəbi-ədəbsiz saytlar, "525-ci Qəzetlər". "Azadlıq" kimi radiolar, nə iqtidar, nə müxalifət nəşrləri, partiyaları bunu bacarmadılar. Subyekt yaratmadılar... Mədəniyyətimizin qara kürüsünü biz verdik... Mövzuları da biz həmişə vermişik. Demək, buddizmin dediyi ÇAKRAVARTİN-FƏLƏK ÇƏRXİNİ ÇEVİRƏNLƏR ELƏ BİZ OLMUŞUQ... ÇÜNKÜ SÜBYEKTLƏRİ BİZ YARATDIQ...
Əgər bir ədəbi qurum, sayt, dərgi yeni Müəllif, yeni SUBYEKT yetişdirməyi bacarmayıbsa, demək ki uğursuz işlə məşğul olub. İndiki Azərbaycan mediasında son dəfə bunu yalnız AYO bacardı. AYO-nun kadrları olmasa indiki Azərbaycan mediası, ədbiyyatı mümkün olmazdı. AYO-dan sonra meydana girişən Qanun nəşriyyatı, Kulis saytı, Azadlıq radiosunun ədəbi əlavəsi, Milli Mükafat təsis etmiş "Əli və Nino" şəəbəkəsi bax bunu bacarmadılar. Onlar ancaq və ancaq AYO-nun kadrlarıyla alver etdiəlr. Onları ancaq istismar etdilər. Özləri isə subyekt yaratmağı bacarmadılar.
 AYO pulsuz idi... Ancaq onun ideologiyası vardı- postmodern ideologiya...Sizin hamınızın indi pulu var, sifarişçisi var... ancaq ideologiyanız yoxdu, cənablar... Postmoderni indi halal etdim sizə- Kulisə, "Qanun" nəşriyyatına, Azadlıq radiosunun saytına, müxtəlif ədəbi-ədədbsiz saytlara... Konspirologiya ədəbi nümunələri, nəzəriyyəsi gətirirəm ədəbiyyatımıza.

Комментариев нет:

Отправить комментарий