15.03.2012

Evimizin içi və çölü

Прикольные анимашки (15 шт)
Arzu Abdulla


Kənd həyatını o qədər xoşlamasam da qəlbim məni uşaqlıq xatirələrimdə qalan bəzi məqamları hətta müqəddəs dəyər kimi qorumağa və sevməyə  məhkum edib. Yəqin bilirisz, kənd qadınları evin içini təmizlədikdən sonra, əllərinə iri həyət süpürgəsi alıb həyəti süpürür, hətta alağ-ulağı da kəsib atırlar ki, səliqə-sahman bacadan içəri girməmiş də duyulsun.

Kənddə həyəti süpürmək üçün xüsusi “həyət süpürgəsi”ndən istifadə edilir. Bu uzun, nazik budaqlarında xırda, mavi çiçəkləri olan çöl bitkisindən hazırlanır. Çöllərdə, yamaclarda bitən və kənd adamlarının “süpürgə” dedikləri bu bitki quruduqda çiçəklərinin rəngi bozumtula çalır. Bunu xatırlamam şəhərli oxucularım üçündür. Çünki şəhərdə yaşayanlar bu süpürgəni bazarda görəndə artıq qurumuş vəziyyətdə olur.
Kənd qadınlarının həyət-bacanı təmizləməsini demək olar ki şəhərə gələndən sonra tez –tez xatırlayır və gördüklərimlə müqayisə edirəm. Uzun müddət Binəqədi rayonunda yerləşən Xutor qəsəbəsində qalmışam. Bu qəsəbənin dar küçələrini addımladıqca açıq qapılardan eyni mənzərəni görürsən: hava şəraitindən aslı olmayaraq, qadınların hər gün həyəti su ilə yuyur və süpürürlər. Amma yuyulma və süpürülmə əməliyyatı qapının ağzına qədər davam edir. Bəziləri isə hətta qapıdan çölə atdıqları zibili də təmizləmədən qapını örtüb içəri girirlər. Yəqin bu anda səhərdən “təmizliklə” məşğul olan evdar qadın ürək dolusu nəfəs alıb “axır ki, təmizlik işin bitirdim” də deyir.
Nədənsə bizdə evin içi və çölü anlamı çox ciddidir. Məsələn “demokratik” fikirli qəzetlərdən birində çalışdığım dövrdə çox böyük “xəta” edib redaksiya barədə tənqidi yazı yazdım. O zaman qəzetin başçısı mənə “Çirkli paltarı evdə yuyarlar” dedi. Amma o, adam anlamadı ki, bu paltarı evdə yusan da çöldə qurutmağa məcbursan. Təbii evin sirrini çölə dağıtmağın da tərəfində deyiləm. Amma söhbət evin sirrini deyil, zibilini çölə dağıtmaqdan gedir. Eləcə də bir redaksiyada baş verənlərə göz yumub “eybi yox, özmüzküdür” deməyin sonucu bəllidir.

Юмористическая фотоподборка (46 фото)Bu günlərdə “Gündəlik Teleqraf” qəzetində mərhum yazıçı Rafiq Tağının xanımının müsahibəsini oxudum. Mərhumun xanımı deyir ki, əri onu çox qısqanırmış və evə gələn kişi qonaqların qarşısına hətta çay qoymağa da icazə vermirmiş. Sən demə, Rafiq Tağı ailəsini bəyənmədiyi islam adətləri ilə qoruyurmuş. Amma evinin içində islam qanunlarına, islam adətinə sadiq qalan yazar çöldə Avropaya inteqrasiyadan və islama nifrətdən bəhs edirdi. Bunu anlamaq çox çətindir. Amma bunu anlamaq üçün mütləq azərbaycanlıların “Evin içi və çölü“ fəlsəfəsi ilə tanış olmaq gərəkdir.
Yerigəlmişkən, siz azərbaycanlıların “Evin içi və çölü” fəlsəfəsi ilə dərindən tanış olmaq istəsəniz mərhum filosofumuz, fəlsəfə elmləri doktoru, professor  Həsən Quliyevin “Qorqud nəslinin arxetipləri” kitabını oxumalısınız.
Və ya şair dostum, islam əlehinə bəyanata imza atan satirik Mirzə Sakit qızlarının ibadət etməsindən ürəklə, sevinclə danışır. Eyni zamanda  ölkədəki iri müxalifət partiyalarından birinin sədr müavini qızlarının ibadət etdiyini və indiki uşaqları ancaq islam çərçivəsində qorumağın mümkünlüyünü yaxınlarına pıçıltıyla anlatsa da çöldə qışqıra-qışqıra camaatın uşaqlarını fləşmoblara səsləyir. Bu təkcə siyasət ikiüzlülüyü deyil, bu həm də mənəvi ikiüzlülükdür.
Bu ikiüzlülük bizdə BİZİM anlayışını formalaşmağa imkan vermədi. “Bizim ölkəmiz”, “bizim küçəmiz” deyil, “mənim evim”, “mənim cibim” eybəcərliyini beyinlərə pərçimlədi. Göz gördüyünü sevər, evdə uşaq atasının “qızım ibadətini qoru”, efirdə, küçədə isə “Avropaya inteqrasiya olaq, islam bizi inkişafdan geri qoydu” dediyinin şahidi olursa, artıq uşaq atasının ikiüzlülüyünü görür. O zaman evin içini təmiz saxlayıb, çölünü murdarlamağa çalışanların vay halına!  

arzuabdulla@inbox.ru              "Gündəlik Teleqraf" qəzeti
Фотошоп иллюзии Эрика Йоханссона (19 фото) 

Комментариев нет:

Отправить комментарий