15.03.2012

Körpə sayaq ağlayış


Xosrov Barışan


GÖZLƏYƏN

Diləklərimin gəmisi
 Umud sahilində dayanıb
        Yelkən açıb sabahlara
                               Səni gözlür...

ATLARIN YARIŞI...

Saat:...
Bura;
 Atların yarış meydanı.

***
Qarışqa;
 Əzilmək qorxusunda!
At;
 Ağrıdan qurtulsun deyə,
                        Gərək qaça!
Çapar
 Ödülü qazanmaq həyəcanında!
***
Saat:..
Bura;
 Atların yarış meydanı.
Və...

TOY!

Gecənin çağ toyudur;
do..onu..ur,
          do..onu..ur,
                    Qarşı nəfəslər!
Qara göy
         Şabaş səpir;
                 Züyməyin sağlığına!
Ərə zorla verilən
                       Gəlinin
                           Həsrəti,çin
                                 Güpsənirəm!

SEVDAMIZIN ŞƏHƏRİ

Sevdamız adlı şəhəri
     Ayrılığın qoşunları
                       Talanladı!!!
Sömürgəçi, pis ayrılıq
      Kökümü yox etmədə!
Sevdamız adlı şəhərin
       Dəyişdiribdir adını
                       Adın qoyub
                           Düş şəhəri!!!

Amma mən
  Adıvı şeirimdə
    Ölünməz edəcəyəm...

QƏRİB AXTARIŞ

Nə qərib axtarışdır!
Cansız dirilər şəhrində;
        Tekrarın tekrarında;
                  Özümün ilkində;
                    Sonumu axtarıram.
                    Hayandayam!?...

анимацииKÖRPƏ SAYAQ AĞLAYIŞ

Bu gecə ağladım
 O gözlərin ulduz senində
   Bağıran həsrətlərin mahnısına.
Və boğuldum
  O baxışların
    Mavi dərinliyində.

Bu gecə ağladım
               O əllərin
                  Göv-göv
                    Tikanlı yamaclarında
                      Bir ətirli çiçəyin ovuca sığınıb
                                             İyləmək arzısına.

Bu gecə ağladım
 Qamçıyla açılan ovuclara
Və dilədim
 Pul-paranın çirkin gəmirən dişlərin də
                                    Kəlbətin görməyini.

Bu gecə ağladım
 Tikanlı kələfçəsin yaşayışın
         Umud qoxuyan ayaqlarla
                                       Əzənlərə.

Bu gecə ağladım
 Cırıq, yırtıq paltarların
     Soyuq, şaxtanın üstünə
         Çomaq götürmələrinə.

Bu gecə
    Olu ki
     Qaqqıldadım
       Çıraqqaların xoş yuxusuna.
Yo..ox...
   Yo..x...
      Yanlış.

Bu gecə yalnız ağladım
  Bir kiçik saqqız satan uşağa
    Şəhərin kölgəsinin qorxusunda
         Ki pulun saymağını başarmayır!!!

Bu gecə ağladım
                       Gələcəyə...

Bu gecə ağladım
  Bütün körpələrin vərinə
         Uşaqların hammısına.

Bu gecə ağladım...
                Ağladım...
                  Ağladım...
                   Göylər də ağladı.
 
Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az
 

Комментариев нет:

Отправить комментарий