09.03.2012

İranda "Oskar" sevinci

haber
Dövlət telekanalı: "Bu hadisə "sionist rejimin filmi" üzərində qələbədir"


İranın kinosunun ilk dəfə olaraq "Oskar" mükafatı əldə etməsi, siyasi proseslərlə kölgədə qalmış İran mədəniyyətinin dünyaya tanınması üçün böyük imkanlar açıb. 
İranlı rejissor Əsgər Fərhadinin ailə məişət mövzusunda çəkdiyi “Ayrılıq” bədii filmi İran milli mentalitetinə və İran milli kinematoqrafiya şərtlərinə uyğun olmasına baxmayaraq, münsiflər tərəfindən bəyənilərək, ən yaxşı xarici film nominasiyası üzrə "Oskar" mükafatına layiq görüldü. 

İran dövlət kanalı Fərhadinin mükafatlandırma zamanı etdiyi çıxışdan qısa videoçarx hazırlayaraq, İran xalqını sevindirib.
“Ayrılıq” filminin uğuru İran xalqını çox sevindirib. Bir çox sakinlər möhtəşəm anları canlı izləmək üçün gecə yarısına kimi oyaq qaldıqlarını bildirib.
“Gecə saat 4-ə kimi oyaq qalıb Əsgər Fərhadinin qələbəsini izlədim. Bu böyük uğurdur və belə təsirli filmlə İrana ilk "Oskar" mükafatı qazandırması münasibətilə Əsgəri təbrik etmək istərdim. İran xalqı onunla fəxr edir”, deyə Tehran sakini Milad Zareyi bildirib.
İranın kanalları adətən ölkənin beynəlxalq idman və texnologiya nailiyyətlərini işıqlandırdığından, xarici mədəni uğurlar bir növ kölgədə qalırdı. 
Ən yaxşı xarici film nominasiyası üzrə namizədlər arasında İsrailin “Altyazı” filminin olması isə dövlət kanalını qələbə carçısı halına gətirib. 
Dövlət kanalının aparıcısı xəbəri elan edərkən İran filminin “Sionist rejimin” çəkdiyi bədii film üzərində qələbə qazandığını vurğulayıb.
“Əvvəl mükafatın populyarlığı baxımından belə böyük uğur qazanmamışdıq. Bu çox vacib qələbə oldu. Belə ki, bu vaxta kimi bütün beynəlxalq kino mükafatlarını əldə etmişdiksə, bircə "Oskar" mükafatımız yox idi, bu qələbə ilə də mükafat kolleksiyamız tamamlandı. Bu həmişəki kimi göstərdi ki, biz başımızı uca saxlamağı və “Mən də varam” deməyi bacarırıq”, deyə kinorejissor Əbdülreza Kahani bildirib.

Комментариев нет:

Отправить комментарий