09.03.2012

Lənkəran teatrı Bakıda iki tamaşa ilə çıxış edib

haber
Hər iki tamaşa sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb


Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Bakıda Aktyor evində iki tamaşa ilə çıxış edib. 
Sənətsevərlərə əvvəlcə Maarif Məmmədovun “Sovqat” tamaşası təqdim olunub. 
Rejissor Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində əsas rolları aktyorlardan Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Natiq Fərzəliyev və digərləri oynayıblar.
Teatrın bakılılara təqdim etdiyi ikinci tamaşa yazıçı-dramaturq Kamran Nəzirlinin “Şeytan işığı” tamaşası olub. 
Naxçıvan Dövlət Dram Teatrının baş rejissoru, respublikanın xalq artisti Kamran Quliyevin quruluş verdiyi bu səhnə əsərində əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, aparıcı artistlər Sucəddin Mirzəyev, Allahverən Babayev, Niftulla Əsgərov, Zemfira Nəcəfova və digərləri ifa ediblər.
Hər iki tamaşa sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Комментариев нет:

Отправить комментарий