20.03.2012

Əksim və mən


Живые цветыƏli Şirin Şükürlü

əksim və mən
gedirəm
kölgəm – gah irəlidə
gah də geridə
gah da qeyb olur yığılır bədənimə

dayanmışam
güzgü - əksim hərəkətdə
çəkilirəm
əksim gizlənir zülmətdə

oturmuşam
fotolar – şəkillərdə
düzbucaqlı xatirələr
baxmıram
yox olur hadisələr


kölgə (gedirəm)
güzgüdə əksim (dayanmışam)
fotolar (oturmuşam)
mən (gedirəm dayanmışam oturmuşam)
nə sirr var bunlarda
yəni kölgədə güzgüdə fotolarda? –
həm mənəm
həm də mən deyiləm

nə sirr var? –
birini deyim:
mən üçölçulu – fəzada hərəkətdə
onlar müstəvidə - ikiölçülü təsvirim

nə sirr var məndə
nə sirr var? –
birini deyim:
mən də təsvirəm
üçölçülü güzgüyəm şəkiləm kölgəyəm
 

Комментариев нет:

Отправить комментарий