21.03.2012

Markize və Marks


Vüqar Xəzaralı

Bu iş Marksı inkar etmək niyyəti ilə yazılmayıb. O sadə səbəbə görə ki, Marksı inkar etmək, sözün indiki mənasında, onu təstiq etmək deməkdir. Və məhz buna görə Marksı, bizdə daha çox sağçılar, bilərəkdən ya da yox, təstiq etməyə çalışır. Onların niyyəti, bununla, onu inkar etməkdir. Və məhz buna görə müəllifin niyyəti Marksın artıq azından 40 il öncə inkar olunduğunu, oxucuya və xüsusən bizim çağdaş “sol” ideoloqlara sübut etməkdir. İnkar olunub o mənada ki, onu inkar edən nəzəriyyə, Marksdan sonra, ilk dəfə olaraq, küçədə yürüyən mütərəqqi gəncliyin yeni şüarına çevrilib.


Markuzianlıq

Markuze Paris payızının ideya rəhbərlərindən olub. Öz əsərlərində, çox vaxt Marksa istinad edsə də, Markuzeni marksist hesab etmək olmaz. Markuze, marksizmin ən mütərəqqi hissəsini mənimsəyib, onu yeni dövrə uyğun yeni nəzəriyyənin əsaslarından biri etdi. Ancaq biri. Onun nəzəriyyəsi yeni nəzəriyyədir, bu marksizm deyil. Əksinə bu klassik məarkiszmin inkarı idi. Bunun zahiri əlamətlərindən ən mühümü kimi, Markuzenin ideya rəhbəri olduğu 1969 il Paris payızından öncə, yazda başqa mühüm hadisələri göstərmək olar. Bu Praqa yazı idi. Təbiyətin qanunlarına zidd olaraq, klassik marksizm yazda öldü, payızda isə, artıq yeni nəzəriyyə doğdu.
Beləliklə Markuzianlıq marksizm deyil, həm də marksizmidir. Bu ifadənin özündə, vaxtı ilə Marksın Heqeldən mənimsədiyi dialektika var. Yəni yeni yaranan, köhnənin üzərində yaranır. Deməli bu mənada o həm də köhnədir. Köhnənin ən yaxşı hissəsi, təzədə zühür edir. Bu mənada Marksizm özü, öndan öncə olan nəzəriyyələrin ən yaxşı hissələrinin zühüru idi. Bu nəzəriyyəni müəyyən mənada ümumiləşdirmə də adlandırmaq olar. Ancaq bununla belə Marksın vaxtı ilə yaratdığı “tarixi və dialektik materializm” yeni nəzəriyyə idi. Ancaq Marks, marksizmin öz təbirincə , özündən əvvəlki tarixi fəsillərin(formasiyaların) və nəzəriyyələrin nisbi olduğunu, bir daha, sübut etdi. Marksizmin özündə yaranışdan “ölüm” toxumu var idi. Marks sadəcə olaraq, bunu daha aydın və əvvəllər olmayan səmimilik ilə izah etmişdi. Yəni onun qədər səmimi bunu hələ heç kim etiraf etməmişdi. Markuze daha səmimi idi.

İt motaldan əl çəkdi…  

Motal isə indi yapışıb itin yaxasından ki, yox, buraxan deyiləm. İndidən bəzi canfəşanları təsəvvür edib, xatırladram ki, bu təhiqr deyil, atalar sözüdür. Həm də bəzilərini deyəndə elə bilməyin ki, bu ancaq solçulardır. Bunu o mənada deyirəm ki, özünü solçu adlandırmaq hələ solçu demək deyil. Solçu olmağın əlaməti, indi çoxlarının, məsələn Azərbaycan sosial-demokratlarının düşündüyü kimi, Amerikya qarşı olmaq demək deyil. Bunu İran mollaları da yaxşı bacarır. Həmçin sağçı olmaq da Amerikanın dostu olmaq demək deyil, məsələn Yeni Azərbaycan Partiyası. Solçu ilə sağçının klassik mənada fərqləndirmək mümkün deyil, ona görə ki indi bəzən yuxarıda göstərilən kimi , hərdən onların yerlərini qarışdırırlar. Solçular adətən köklü və radikal dəyişiklikdən danışırlar, sağçılar isə,liberal islahatlardan. Geniş dialektik mənada biri o birisnin davamıdır. Yəni islahat gec-ya tez inqilaba gətirir. İslahat ilə inqilabın qarşısını almaq olmaz, çünki inqilab islahatdan doğan təbii nəticədir və onun məntiqi davamıdır. Kəmiyyətin keyfiyyətə keçməsi məsələsi. Deməli sağın da solun da məqsədi eynidi, daha doğrusu eyni olmalıdır. Sadəcə olaraq, bu məqsədə çatmaq yolları fərqlidir. Və əlbəttə ki, xüsusən də mətbuatda və internetdə bunun müzakirəsini etmək gərəkdir. Biz isə daha çox sol ilə sağdan , qeosiyasi çəkişmələrdə vasitə kimi isatifadə edildiyinin şahidi oluruq. Qeosiyasi yəni, hansısa, xarici ölkənin siyasi oyunlarında, vasitə kimi. Çünki qeosiyasətdə bir subyekt ola bilər, qalanları isə obyektdir. Bu oyunda ölkənin daxilindəki qüvvələri subyekt kimi təsəvvür edənlər, qeosiyasi oyunları təqdir edənlər, yəqin anlamırlar ki, qeosiyasət bir oyunçunun oyunudur, o da biz deyilik. Və həmin qüvvələrin bu oyunda piyada olmaq ehtimalı vəzir olmaq ehtimalından daha çoxdur. Çünki hamı vəzir olmaq istəyir,vəzir isə bir dənədir. Vəzir deyəndə şah yada düşdü.

Monarxiya

Yuxarıda deyilənlərdən belə çıxmamalıdır ki, bu ölkədə bir subyekt var o da “qeysərdir”. Yeri gəlmişkən Qeysər(Sezar),əvvəlcə xüsusi ad olsa da, sonradan titul kimi qəbul olunub. Bizim ölkədə eyni ilə soyad,sonradan titula çevrildi, deməli ölkədə faktiki olaraq monarxiyadır. Ancaq bu yeqanə subyekt deyil. Burada subyekt kimi, artıq yeni burjuaziyanı da görmək olar.
Qayıdaq 1969 cu ilə, yaz Praqasını, sonra isə Paris payızını təsəvvür edək. Bu elə də çətin deyil. Praqa yazı deyəndə “Ərəb Baharını”, Paris payızı deyəndə isə “Uoll Striti İşğal Et” hərəkatlarını təsəvvür edək. O vaxtın Praqasını indinin Dəməşqi, Parisi isə indinin Afinası ilə müqayisə edin. Praqaya daxil olan Sovet tankları, indi də Dəməşq küçələrindədi, Afinada istifadə olunan göz yaşardıcı qazı da ilk dəfə bəlkə də, o vaxt Parisdə baş verən küçə döyüşlərində sınaqdan çıxarıblar. 1969-cu il bir başqa hadisə ilə dəyadda qalıb. Heydər Əiyevin Azərbaycana hakim təyin olunması ilə.
Markuzenin 1969-cu il hadisələrinə təsirini, Marksın 1871-ci il hadisəlırinə təsiri ilə müqayisə etmək olar. Paris kommunnasına. Qərbdə başlayan sosial hərəkat Şərqdə öz məntiqi davamı kimi liberal hərəkata gətirirdi. Bunu 1848-ci il Avropasında da görürük. Fransada fəhlə tətilləri, Macarıstan burjua inqilabı və müstəqillik hərəkatı ilə səsləşirdi. 1956-cı ildə Macarıstanda eyni hadisələr baş verdi. Və yenə Rusiya 100 il əvvəlki kimi macar xalqının müstəqillik arzularını ürəyində qoydu. Polşa üsyanı da eyni nəticə verdi, və yenə Rusiya imperiyası öz jandarm rolunu yerinə yetirdi.
Paris kommunnasının dünya tarixinə təsiri çox böyük idi. Paris kommunnası, birbaşa səbəb olmasa da, dolayısı ilə tarixin böhran məqamı idi. Kommunna məğlub olsa da, Fluktuasiya baş verdi. Hələ Lenin rus inqilabçılarını Paris Kommunnasından öyrənməyə çağırırdı. Zaman baxımından 1971 –ci il Paris hadisələrindən sonra, çar rusiyası Azərbaycanda iltizam sistemini ləğv etdi və kapitalizmin inkişafı üçün əsas maneəni aradan qaldırdı. Xarici o cümlədən fransız kapitalı Azərbaycana axdı. 100 il sonra Azərbaycanda yenə islahatlar aparıldı. 1969-cu ildə Heydər Əliyev Azərbaycanda yeni şəraitdə məmur-burjua islahatları apardı. Eyni vaxt Suriyada Hafiz Əsəd təxminən eyni mahiyyətli islahatlar keçirdi. Suriya burjua ölkəsi olmasına baxmayaraq, siyasi sistemdə sosialist partiyası hakimiyyətə gəldi. Azərbaycanda sosialist ölkəsi olmasına baxmayaraq, liberalizm elementləri gücləndi. Ölkədə klançılıq öz mövqelərini bərkitdi. Azərbaycanda mərkəzin siyasətinə uyğun olaraq, ən geriyə qalmış klan, bütün başqa klanların başının üzərindən əsas hakimiyyət imkanlarına yiyələndi. Bu təkcə Azərbaycanda yox, ümumiyyətlə bütün imperiyada hakimiyyətin görünməmiş təmərküzləşməsinə gətirib çıxardı. Heydər Əliyev yeni Stalin ancaq ona görə olmadı ki, artıq Rusiya dəyişmişdi.Bu, sonradan Rusiyada Qorbaçovun hakimiyyətə gəlməsində aydın göründü. Və ölkənin islahatı üçün ilk növbədə, mühafizəkarların ən güclü fiqurunu Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırdı. Heydər Əliyev buna hazır idi. Moskva ona və onun xarici havadarlarına artıq lazım deyildi. İndi hər şey Bakıda həll olunurdu. İndi Moskvanın öz talehi də Bakıda həll olunurdu. Və belə də oldu, bütün maneələrə baxmayaraq Heydər Əliyev Azərbaycanda hakimiyyətini bərpa etdi. Sonra xaricilərlə sövdələşdi və əsas ixrac boru kəmərinin tikintisinə başlandı.
 

Комментариев нет:

Отправить комментарий