21.03.2012

Elçi daşı sevinc olan nağıllar

Классные анимации
Camal Lələoğlu

Haqqa can ver

Boş yerə çəkirəm mən bu zəhməti,
Sözün təsir gücü enibdir heçə.
Adamlar daha çox sevir qeybəti,
Sənət inildəyir, ay Allah, necə!

Sürünən bir xalqın sənəti, adı,
Başlarda gəzilməz, düşər ayağa.
İlhamın, sənətin ölməzlik odu
İdrakla nur çilər hər bir bucağa.


Elm öyrən, baş sındır “Xəmsələr” üstə,
Yaşayır Nizami həqiqətləri.
Can ver qərarınla haqqa, dürüstə,
Yoxsa yaşayarsan həqiqətləri...

Kəndimizdə bir bulaq var

Kəndimizdə bir bulaq var yol üstə.
Çatan kimi qızlar həddi- buluğa,
Görünərlər o cığırda, bu izdə,
Tələsərlər, tələsərlər bulağa.

Səhəngini doldurarlar sevgidən,
Onlar suyu adama çox görməzlər.
Öz könlünü verməmişdən kimsəyə,
Tellərini bir hörükdə hörməzlər.

Qız əlindən suyu alıb içən kəs,
Səhəngini alıb gərək aparsın.
Səhəng nədir, onlar biri- birinin
Ürəyində gərək ürək aparsın.
Классные анимации 
Kəndimizdə bir bulaq var yol üstə,
O bulağa yüz cığır var, yüz də iz.
O bulağın sevgisindən içənlər
Deyirlər ki, axıb, axıb olubdur
Bulaq bizim sinəmizdə bir dəniz.

Kəndimizdə bir bulaq var yol üstə.
O bulağın yanında bir daş da var.
O bulağın daşını hər görəndə
Yada düşər, xatırlanar fərəhlə
Elçi daşı sevinc olan nağıllar.

Kəndimizdə bir bulaq var yol üstə.
Axır, axır, nağıl olur suları.
Neçə- neçə dəliqanlı burada
Ağıllanır... ağıl olur suları.

Acı- acı dili olan oğlanlar
Şirinləşir, noğul olur suları.
Anam deyir, səni mənə, ay bala,
Bulaq verib... oğul olur suları...

“Yayın bədnəzərdən, göz dəyər sənə” Aşıq Qurbaniyə nəzirə

Yayın bədnəzərdən, bədəməllidən,
Vardır aramızda nə qədər alçaq.
Məsləki bilinməz, haça dillidən
Kim xeyir görüb ki, biz də kam alaq?

Ləldir, cəvahirdir hər könül varı,
Allahın verdiyi gözəllik tacdır.
Hər nəfəsdə zikr et sevdiyin yarı,
Bədxaha dünyanı versən də, azdır.

Könül məhəbbəti hünər, qələbə!
Dalğası gözlərdə parlayıb yanar.
Məhəbbər mənlik tək qürurdur qəlbə,
Yollara zirvədən baxıb boylanar.

Qoru eşqimizi, bənzə əsgərə!
Uğrunda döyüşə mən də hazıram.
Məhəbbət qənimi kəsilənlərə
Eşqimlə ittiham hökmü yazıram!
Анимации осень 

Комментариев нет:

Отправить комментарий