09.03.2012

Ən Yaxşı 10 Mafiya obrazı


10. Omar Little – The Wire

Mütəxəssislər tərəfindən son on ilin ən yaxşı serialı hesab edilən və Harvardda dərs məqsədiylə oxudulan The Wirenin homoseksual anti-qəhrəmanı Omar Little. O, qərb Baltimorenin qanlı narkotik şəbəkəsi döyüşlərində tək başına mafiyaya qarşı dayana bilməsiylə təsir edilən bir xarakterdir.




9. Christopher Moltisanti – The Sopranos

Nə baş versə də müdirinə xəyanət etməyən amma sonunda ölümü onun əlindən gələn İtaliya/Amerika mafiyasının üsyankar uşağı.



8. Al Capone - The Untouchables

Tarixin ən böyük mafiyasının həyat hekayəsini Robert DeNiro canlandırınca ortaya unudulmaz bir xarakter çıxır. Sadəcə filmin giriş səhnəsi, xarakterin əhəmiyyətini anlamağa yetər.



7. Tommy DeVito - Goodfellas

Kompleksli olmasına görə təcavüzkar, gülməli və romantik zalım bir psixopat xarakterdir. Tam olaraq bir mafiya tətikçisidi. Joe Pesciyə tək Oscarı qazandıran qorxmaz xarakter.



6. Mr. Pink - Reservoir Dogs

Filmin başında ləqəbini dəyişdirmək istəyi əyləncəli səhnəylə ağıllara qalan, özünə xas, Steve Busceminin ölümsüzləşdirdiyi "pis" insan.



5. Keyser Soze - Usual Suspects

Türk olması ilə yanaşı, filmdə bütün Amerika mafyasını dizə gətirən, üstəlik özünün var olmadığına inandıracak qədər ağıllı, polisi də aldadıb topallayarak polis bölməsindən çıxıb gedən əfsanəvi xarakter.



4. Tony Soprano - The Sopranos

Korlanmış bir İtaliya ənənəsinin son nümayəndəsi, həm köhnə ənənələrlə, həm də müasir həyatla mübarizə edən xarakter. İdarə etdiyi kiçik ailənin dərdlərinin yanında ailə, FBI'la və özünkindən daha böyük mafiya ailələriylə məşğul olmaq məcburiyyətində qalmışdı. Silsilənin bitimində layiq olmadığı bir şəkildə öldürülən, güc və pulun yanında bir də karizma sahibi "ailə" atasıdır.



3. Tony Montana - Scarface

Sıravi bir Kubalı immiqrantkən mafiyanın başına keçən, bir qadın üçün hər şeyin sahibi olmağa çalışan xarakterdir. Hər şeyə sahib olduğunda tək qalan və ölən adamdır.



2. Don Vito Corleone - The Godfather 1 / 2

İlk filmdə Marlon Brando, ikinci filmdə Robert DeNiro tərəfindən canlandırılan xarakterdir. Replikaları bəzilərinin gündəlik dilinə yerləşmiş olan əfsanəvi mafiya atası: "Ona rədd edə bilməyəcəyi bir təklif verəcəm."



1. Michael Corleone - The Godfather 1 / 2 / 3

Mafiya əleyhdarı bir döyüş qazisiykən hadisələrin inkişafıyla mafiyanın başına keçmək məcburiyyətində qalmış və sonrasında qardaşını belə öldürdəcək qədər mafiya qaydalarına əhəmiyyət verən bir xarakterdir. Milyonlarla dolları olan beynəlxalq bir şirkətə sahibkən İtaliyada, bir kənddə tək başına ölən, indiyə kimi çəkilən ən yaxşı kino xarakterlərindən biri kimi bilinən xarakterdir.



Hansı filimi izləmisiniz və hansi xarakter xoşunuza gəlir?

Комментариев нет:

Отправить комментарий