09.03.2012

Rənglər, kölgələr, xətlər

Новая подборка анимация для телефонов с экраном 320х240
İmarət Cəlilqızı

Bağlı qapı

Arxasında
sirli  şeylər çooox...
Kilidinə düşən  açar  
bir  kimsədə yox.
Açmaq yana,
bircə nəfər heç döymədi,
dəstəyinə 
 ömrü boyu əl dəymədi.
Heç kim açmaq  istəmədi 
                    bu  kilidi,
 Bağlı qapı
 öz-özünə hey göynədi

  öz-özünə gah ağladı,
                    gah kiridi...
Bağlı qapı
         bağlı-bağlı çürüdü...
              ***
Bu kövrək yükü 
iki adam daşıya gərək 
əyilməsin,  sınmasın  deyə.
Başı  hərləndi gah  sağına,
 gah da soluna keçməkdən,
Yük əyilmədi, sınmadı, amma...
   çat  verdi  içindən,
içində gizli-gizli,
      səssiz-səssiz
                   içini  çəkməkdən...

Магия Гарри ПоттераYUXU METAFORASI

Yenə də yuxu gördüm
soba kənarındakı
yumşaq kreslonun içində,
elə bil ki yuxumun
  ən dadlı tikələri,
   ən şirin damcıları
 bu kreslonun küncündə.

Bir lövhə,
hər şey qarmaqarışıq,
rənglər, kölgələr, xətlər-
hamısı da qara, boz...
lövhənin ortasında
       güclə sezilən işıq.
İşıq özünə çəkir
        gözlərimin içini,
sanki axar su kimi  
          gözlərimi aparır.
Kirpiyimi də belə
           çala bilmirəm,
gözümü bu işıqdan
            ala bilmirəm.

Bəbəklərim  yorulur
anlaşılmazlıqdan, gərginlikdən,
nurlu  nöqtə sirli-sirli,
kinayəli-kinayəli
gülümsəyir mənə  dərinlikdən.

Qəfil hər şey  aydınlaşır 
üçölçülü şəkil kimi:

Tutqun bir surət,
baxışları təhdid dolu,
üzünün cizgiləri sərt,
başqa  bir dünyadan 
     sıyrılıb gəlibdir elə bil,
Üzü  mənə  çox tanışdır,
     həm də tanış deyil,
Dodaqları heç qımıldanmır  da,
  eşidirəm səsini amma:

“Səni  aradı nigarançılığım,
                                    çox aradı,
Avara-sərgərdan düşüncələrinə  ilişdi,
                                  üzüqoylu düşdü.
Yığışdır yollardan
pəjmürdə fikirlərini, yavrum,
                                   heyifdir,
qəlbini qarət edənlərə inanma!
yüz səmtdən səsləyəcəklər səni,
qulaqlarını tut, eşitmə,
Tək  bircə yolun var  sənin---
o yoldan sapınma,
                yarı yolda da dayanma...”

Oyandım,
gözümün qapağı açıldı,
          yuxum dağıldı,
 nə əcaib vaqiəydi bu,
        elə bil lap nağıldı...

Necə düyün  düşsə də,
             çözmüşəm   bu  yuxunu,
şərlə işim yoxdur  ki—
          hələ heç görməmişdən
                  yozmuşam  bu yuxunu.
Анимация волшебный мир

Комментариев нет:

Отправить комментарий