14.03.2012

ƏN YENİ SÖYÜŞLƏR!

В автобусе

Sultan MƏRZİLİ
Beynəlxalq Terminalogiya Akademiyasının doktorantı.
Moskva


Allah Sözü yaradıb insana ən böyük bir nemət kimi bəxş edəndə, şeytan barmağını dişlədi. Elə bərkdən dişlədi ki, özü öz bağırtısından hürkdü və bəzi yaltaq mələklər və cinlər onun başına tökülüşüb yaralı barmağına sidik ifraz etmək əvəzinə ondan uzun-uzadı müsahibələr götürdülər. Və öz saytlarında yerləşdirdilər. Bu zaman şeytanın moderatorluq edən böyük oğlu xoşu gəlməyən şərhlərin heç birini buraxmırdı.

Şeytan təbliğat və təşviqat ustası idi. O, insanın bütün anatomiyasını və psixologiyasını əzbər bildiyindən onun ən zəif cəhətlətini də gözəl bilirdi. Kainat deyilən də öz idarə mərkəzindən idarə olunduğu kimi, o da başını yormadan nəzəri düşüncələr istiqamətində vird edərək insanın da zəif yerinə həm anatomik, həm də mənəvi təsir etməyi bilirdi. Şeytanın əsas prin­sip­lərindən biri hər şeyi kəlləmayalaq edə bilmək prinsipi idi. Bu insan düşüncəsi üçün paradoksal, yəni ziddiyyətli görünsə də şeytan üçün təbii hal idi, çünki şeytan özü də lap əvvəldən cığal idi.
Məsələn, Tanrı insanı xəlq edəndə onun insanlığını pozulmaz nizam və prinsiplər üstündə qurmuşdu. Qadın - kişi, ər - arvad, ata - övlad, ana - bala, böyük - kiçik, ustad - şagird kimi qarşılıqlı prinsiplər dünyanı ta Qiyamət gününə qədər idarə etməli idi. Buna qarşı çıxmaq mümkünsüz idi, amma... Şeytanın birinci təxəllüsü elə "əmma"dır, yəni amma...
Şeytanın məqsədi Allahdan qorxduğuna görə ona birbaşa qarşı çıxmamaq, amma siyasət adamları kimi, hər şeyi ehmallıca öz əksinə yönəltmək bacarığı idi.
Məlum olduğu kimi kişinin kişiliyini birinici təsdiq edən, ona güc və qüvvət verən qadındır. Qadınsız kişi yarımçıq bir şeydir, ona görə də bədii təxəyyülü olan kişilər qadınına "yarım" deyir, olmayan da elə "arvadım" deməklə kifayətlənir. Təbiidir ki, hər kişi öz arvadını sevir, öz canının yarısı qədər, hətta bəzən şairləşib coşaraq ondan da artıq sevənlər olur. Deməli, şeytan burdan bəhrələnə bilər. Məsələn bir adamın, başqa bir adama, yəni kişiyə hörmətini artırmaq əvəzinə azaltmaq üçün, onun ən sevimli, yarı, arvadı olanla ortaq işlərini başqa bir kişi ilə, Allahın rəva bilmədiyi bir şəkildə qurmağı təklif edir. Adam da, yəni erkək kişi də çox dərinə getməyərək, bu təklifə şərik çıxır. Həmcinsinə üz tutub deyir: "ay filankəs, mən səni tutub filan edərəm!" O da buna borclu qalmayaraq, təşəkkür üçün bir hədiyyə fikirləşir və canının ən əziz, mərkəzi yerini qıyaraq deyir: "bax sən mənim filan yerimin  filan yerini yeyərsən!" Əslisndə adam dilinə düzgün tərcümə olunsa, "ürəyimin başını yeyərsən!"- deməkdir, çünki həkimlər kişinin ürəyini axtaranda tapırlar ki... kişinin ürəyi elə ordadır.
у телефонаBeləliklə, dialoq qurulur və nəticədə iki cəngavərdən biri meydanda başını qoyub gedir rəhmətə.
Başqa bir misal. Bir kişinin ən çox sevdiyi onun övladıdır. Bu övladı dünyaya gətirmək üçün o nə qədər zəhmətlər çəkmişdir. Əvvəlcə min zəhmətlə özü böyümüş, yar sevmiş, evlənmiş, bir dünya xərc-xəsarətdən sonra övladı dünyaya gəlmiş və böyüdülmüşdür. Həqiqətən, elə pamperslərin qiymətini hesablayanda çox xərc və çox zəhmət tələb edən, bəzən də bəhrəsiz bir işdir. Çünki, o övladın böyüyəndən sonra sənə baxıb-baxmayacağı da vəfasız dünyada sual altında qalan bir şeydir. İndi belə bir kişi, öz həmyaşıdına, yaxud oğlu yerində olan bir cavana acığı tutarsa nə deyir? Deyir: "ay mənim balam, övladım, canım-gözüm, gəl belə etmə!" Ancaq bu zaman şeytan ortaya çıxaraq ona redaktorluq edir, məna qalır, məzmun dəyişilir. Şeytan bütün romatikanı şəhər bağbanı kimi qayçılayıb atır zibil qutusuna, qalır yalnız çılpaq həqiqət! Kişi həmsöhbətinə qısa şəkildə deyir: "ay səmnin ananı!" Məgər bu, "oğlum!" demək deyilmi?! Özüdür ki var, amma məzmun başqadır. Müsahibi bu cür romantikasız müraciətdən qeyzlənib özünü həmsöh­bətinin atası elan edir, burda vərəsəlik hüququ işə düşə bilərmiş, bu səbəbdən əmlak və torpaq mübahisəsi qanlı vuruşa çevrilir... necə ki bizim Qarbağdakı erməni blalarımızla, lənət şeytana, erməni dığaları ilə!
İndi keçək cəmiyyətin qaymaqalarına, görək burda vəziyyət necədir? Adətən, tərəkəmələr yay günü yaylaq vaxtı, otların güllü-çiçəkli vaxtı, dərin teştdə qaymaq sərirlər və o yeri mərhəmanə pərdəli saxlayıb adına "nəmi" deyirlər. O nəmi deyilən yerə hər adamın girməyə ixtiyarı yoxdur, evin xanımından başqa. O bilər ki, qaymağın yığılmaq vaxtıdır, ya yox. Olur ki, siçan-miçan və başqa xırdaca heyvancıqlar da bu nəmiyə tamah salır, necə ki bəzi cızma-qaraçılar şeiri sözün qaymağı sayaraq ona tamah salırlar və o qaymağın dadına baxmaq istəyirlər, o zaman qaymaq qaymaqlıqdan çıxır və köpəklərin bayramı başlayır. Məsələn, qaymağa "qatıq", yaxud "turş qatıq" demək artıq təhqir hesab olunur. Yaxud pendirə "şor" demək də həmçinin. Hərçəndi, qatığın da, şorun da , hətta turş qatığın da öz gözəlliyi var, xüsusən builki kimi isti yay günləri ayran düzəldəndə.
Bildiyimiz kimi hər kişinin azından iki ayaqları olur və bu ayaqlarında da ayaqqabıları .Günlərin bir günü ora-bura qaçmaqdan kişinin ayaqqabılarının dabanları yeyilir və bu zaman qənaət və vər­diş­dən ayaqqabılarını çəkməçinin yanına aparır və deyir."Usta, buna bir əlac et!" Çəkməçi peşəsi qədim və faydalı bir peşədir, xüsusən kasıbçılıqda. "Sən yaxşı çəkməçisən!"- bu da onun əmək haqqısından əlavə aldığı mükafatıdır. Sən bu çəkməçiyə desən ki, sənin qələmin zəifdir, nəinki şeir, heç məqalə də yaza bilmirsən, o inciməz, gözlərini dombaldıb bərəldərək sənə tərs-tərs baxmaz, uzaq başı gülüb başını yellədər. Deyər ki: "elə çəkməçiliyim mənə bəsdir!" Ola bilsin ki, şeyxin məşhur kəlamlarını da təkrar etsin. Bu şeyxin yox, o şeyxin, səkkiz yüz il qabaqkının. Yəni: "kamil bir palançı olarsa insan, yaxşıdır yarımçıq papaqçılıqdan!" Amma sən, gəl indi sözləri acı bağarsaq kimi çözələyib alt-alta düzənlərə de ki, sən qəssab deyilsən, o da razılaşar. Desən ki, çəkməçi deyil­sıən, yenə də inciməz. Amma, məbadə, desən ki, sən şair deyilısən, onda elə bir qara-qışqırıq salar ki, elə söyüşlər söyər ki, heç bir çəkməçi, heç bir qəssab onu bacarmaz! Sanki ən həyasız fahişə ilə yatıb pulunu verməmisən, erməninin qədimliyinə şəkk gətirmisən, yainki qumarda uduzub borcunu verməmisən! Axı bu "söz adamıdır", bildiyi də elə belə sözlərdir. Çünki onun üçün bundan böyük söyüş yoxdur! O adam üçün təbii, xüsusən "azərbaycanlı" olanda.
XXI əsrin əvvələridə Azərbaycanda qələm əhli üçün ən böyük söyüş budur: "sən şair deyilsən!" Reytinqinə görə ikinci yerdə:"sən yazıçı deyilsən!" Üçüncü-dördüncü yerləri: "sən jurnalist deyil­sən" və "sən müğənni deyilsən!" söyüşləri tutur! "Sənin siyasətdən başın çıxmır!" söyüşü isə ekvi­valent olaraq:"Ay sənin var-yoxunun, əbəjdadının və zat-kökünün hamısını filan-filan edim!"ə bərabərdir. "Sən adam deyisən", "sən satqınsan", "rüşvətxorsan", "öğraşsan", "köpəyoğlusan" və sairə kimi təşbihlər isə gündəlik təlabat malları kimi çox işləndiyindən ilkin mənalarını itirərək, "şey", "zad", "tak-tak" kimi aralıq sözlərinə çevrilmişdir. "Sən idmançı deyilsən!" atmacasına isə yekəqarın kişilər incimədən əlinin göbəyinin üstünə qoyub deyər ki: "ə bəs bu nədir?"
Bütün bunlar Azərbayacan dilinin yeni frazeloji lüğətində mütləq nəzərə alınmalıdır.
Юмор 

Комментариев нет:

Отправить комментарий