Aliya Əsədova
AD QOY
Ad qoy Günəşin
bu dəfəki batışına.
Qürubdan enən
duruşuna.
Ad qoy çölləri
bəzəyən
çobanyastığı yağışına,
vermir aman
özündən başqasına,
arta bilmir əlindən
nə bir gül, nə də bir yonca.
Ad qoy büzüşən
sarı, pərçim ləçəklərin
ortasında dənələrin
gündən sayrışına;
Günəbaxan boylanışına.
Topa buludların
boşluğa dolan
selinə,
bolluca yağışına
ad qoy.
Adsız deyillər onlar
insan ruhu var burda;
oxşarı, bənzərliyi.
Günəşin qürub çağı ,
enişi, batışı--
insanın təklənməsi
ya da ki qocalığı.
Ətrafında başqasının
olmasını istəməyən,
aman verməyən mərdimazar misalı!--
çobanyastığı
ya da xəbis bir canlının
üzü , siması --
şöhrət, riyakar timsalı.
Boylanan günəbaxan
bir-birinə sıxılan
gödək kirpiklər,
açılıb-yumulan
göz qapağı ,
qara , rəngli gözlərin
məlun , çarəsiz, sərt
baxışı.
Bulud seli, yağışı
kirpiklərdən süzülən
göz yaşı,
dolan gözlərin
dərinliyində gizlənən
Taleyi,
Yazısı,
Dünyaya baxışı.
MEŞƏ ÇİYƏLƏKLƏRİ
Cəmi bir xışma
ovuclarım qədər.
Bunu kəşf eliyərkən
sapa yığıb , boynuma
düzərkən
yaşadım bir şirin nağılı.
Hər şeyi özündən
asılı edən boyunbağı,
baxmaq olar yalnır,
verə bilmərəm ələ,
biri düşər , itər,
heç demirəm
biri düşsə pozular
qatarın nizamı.
Axşam yenə ovcumda
hamısı bircə ovuc
səpələdim atlas,
məxmər bildiyimə--
gecənin qara örtüyünə
bir xışmanı,
baxmadan böyüyünə,
kiçiyinə.
elə yanır , parıldayır
işım-işım,
birdən biri qaçıb
ordan diyirlənsə
sürüşsə..?!
Bir gün yaqut incisi
bir gün göyün ulduzları
atlas , məxmər parçanın
seyrək , güllü qırmızıları
dadlı , uzun saplaqlı
meşə çiyələkləri...
OYUNCAQ OYUNU
Oyuncaq oyunu öyrədəcəkdim
düzəldəcəkdim ki , biləsən
necə olur;--
əvvəl nədən başlanır, axır
bitir harda,
sonra yığacaqdım
qalaq-qalaq, üst-üstə
atacaqdım kiçik əllərimlə
genişliyə-görünməzliyə
qucaq-qucaq, dəstə-dəstə,
bu oyuncaq dünyaya
oyuncaq əllərimlə.
Kimi sevinəcək, götürərək birini
sadəcə saxlayacaq bir əziz
əşya kimi
kimi də itələyib rədd edərək
nifrətlə
tüpürəcək bəlkə də.
Biz
və qoyub getdiklərimiz
sadalanır beləcə.
AD QOY
Ad qoy Günəşin
bu dəfəki batışına.
Qürubdan enən
duruşuna.
Ad qoy çölləri
bəzəyən
çobanyastığı yağışına,
vermir aman
özündən başqasına,
arta bilmir əlindən
nə bir gül, nə də bir yonca.
Ad qoy büzüşən
sarı, pərçim ləçəklərin
ortasında dənələrin
gündən sayrışına;
Günəbaxan boylanışına.
Topa buludların
boşluğa dolan
selinə,
bolluca yağışına
ad qoy.
Adsız deyillər onlar
insan ruhu var burda;
oxşarı, bənzərliyi.
Günəşin qürub çağı ,
enişi, batışı--
insanın təklənməsi
ya da ki qocalığı.
Ətrafında başqasının
olmasını istəməyən,
aman verməyən mərdimazar misalı!--
çobanyastığı
ya da xəbis bir canlının
üzü , siması --
şöhrət, riyakar timsalı.
Boylanan günəbaxan
bir-birinə sıxılan
gödək kirpiklər,
açılıb-yumulan
göz qapağı ,
qara , rəngli gözlərin
məlun , çarəsiz, sərt
baxışı.
Bulud seli, yağışı
kirpiklərdən süzülən
göz yaşı,
dolan gözlərin
dərinliyində gizlənən
Taleyi,
Yazısı,
Dünyaya baxışı.
MEŞƏ ÇİYƏLƏKLƏRİ
Cəmi bir xışma
ovuclarım qədər.
Bunu kəşf eliyərkən
sapa yığıb , boynuma
düzərkən
yaşadım bir şirin nağılı.
Hər şeyi özündən
asılı edən boyunbağı,
baxmaq olar yalnır,
verə bilmərəm ələ,
biri düşər , itər,
heç demirəm
biri düşsə pozular
qatarın nizamı.
Axşam yenə ovcumda
hamısı bircə ovuc
səpələdim atlas,
məxmər bildiyimə--
gecənin qara örtüyünə
bir xışmanı,
baxmadan böyüyünə,
kiçiyinə.
elə yanır , parıldayır
işım-işım,
birdən biri qaçıb
ordan diyirlənsə
sürüşsə..?!
Bir gün yaqut incisi
bir gün göyün ulduzları
atlas , məxmər parçanın
seyrək , güllü qırmızıları
dadlı , uzun saplaqlı
meşə çiyələkləri...
OYUNCAQ OYUNU
Oyuncaq oyunu öyrədəcəkdim
düzəldəcəkdim ki , biləsən
necə olur;--
əvvəl nədən başlanır, axır
bitir harda,
sonra yığacaqdım
qalaq-qalaq, üst-üstə
atacaqdım kiçik əllərimlə
genişliyə-görünməzliyə
qucaq-qucaq, dəstə-dəstə,
bu oyuncaq dünyaya
oyuncaq əllərimlə.
Kimi sevinəcək, götürərək birini
sadəcə saxlayacaq bir əziz
əşya kimi
kimi də itələyib rədd edərək
nifrətlə
tüpürəcək bəlkə də.
Biz
və qoyub getdiklərimiz
sadalanır beləcə.
Комментариев нет:
Отправить комментарий