07.03.2012

Quba silkələnməsi

 Vüqar Xəzaralı


Azərbaycan burjuaziyası regionun aparıcı qüvvəsinə çevrilir. Bunu Qubadaki hadisələr göstərdi. Niyə İlham Əliyev qiyamçıların tələbini yerinə yetirdi? Çünki bu onun özünə lazım idi. Öz hakimiyyətini iri məmur oliqarxlarından sığortalamaq. İkinci eşalon milli burjuaziyanın köməyi ilə, iri maqnatları neytrallaşdırmaq. Axı onlar çox iddialıdırlar. Heydər Əliyevin vaxtından qalan maqnatlar. Öz nazirliklərində və nəzarətlərində olan inzibati sistemlərdə, özlərini əsl feodal kimi aparırdı. 

Hətta belə əfsanələrdə dolaşırdı ki, bəzən Heydər Əliyev onların həddindən artıq şişdiyini görəndə onlar, bahalı hədiyyələrlə canlarını qurtarırdılar. Əlbəttə ki, bu əfsanələrdi. Əslində isə bu maqnatlar bəzən tabeçiliklərində olan nazirliyin və yaxud hansısa idarənin işini sahmana salmaq üçün və bucədə olan dəliyi örtmək üçün hətta öz şəxsi kapitallarını da işə salmağa məcbur olunurdular. Bunu maxinasiyalarla həyata keçirirdilər. Əsas məsələ tabeçiliklərində olan inzibati resursu, nazirliyi, komitəni, muxtar respublikanı və yaxud dövlət şirkətini, qoruyub saxlamaq idi. Çünki nəticə etibarı ilə, bu inzibati resurs onların "iqtası" idi, yəni şərti dolanışıq ağacı, və onu qorumaq onların gələcəkdə bu resursun vasitəsi ilə, özəl mülkiyyətini artırmaq idi. Yəni "iqtanın" "mülkə" çevrilməsi məsələsi. Bunun üçün isə, onlar inzibati resurdan əldə etdikləri vəsaiti, gizlətməli idilər,ki rəhbərin gözünə girməsin. Bunu necə edirdilər. Bunun üçün sovet vaxtından qalma texnoloqiyalar var idi, mülkiyyəti, katibənin, sürücünün, massajistin, qaynananın və sairə adına rəsmiləşdimək, pulu xaiicə ötürmək,(işdən çıxarılmış Quba icra hakiminin qaynanasının imarətlərini yada salmaqa yetər) və sairə. Beləliklə vəsait aşağılara süzülürdü.Bundan başqa, istər istəməz, infrastrukturanın inkişafı müəyyən qədər orta və xırda burjuaziyanın dirçəlməsinə səbəb olurdu. Yeli burjuaziya narazı olsa da inkişaf edirdi və qüclənirdi. Çünki ümumi inkişaf, yerli elitaların inkişaf etməsinə səbəb olur. Amma müəyyən məqamda, orta burjuaziya ilə, iri məmur maqnatların mənafelərində toqquşma baş verdi. Azərbaycanda bunu təfərrüatlarına varanda Rusiyadaki, maqnatların adını çəkməmək olmaz. Sirr deyil ki, Azərbaycan xırda və orta burjuaziyasının böyük bir hissəsi Rusiyada biznesə malikdir. O da sirr deyil ki, Rusiyada Azərbaycan burjuaziyasının aparıcı nümayəndələri Quba və Göyçay zonasındandır. Öz seçilməsindən bir neçə gün öncə Putin, Azərbaycanın Rusiyadaki diasporasının arapıcı şəxslərini, Telman İsmaylovu, Araz Ağalarovu, Abbas Abbasovu, Rusiyanın görkəmli adamları adlandırmışdı. Ancaq bu hadisədən də iki həftə öncə Putin azərbaycanlıların Rusiyada mövcudluğuna məhdudiyyət qoyulacağına işarə etmişdi. Axı Rusiyanın da öz yerli burjuaziyası var, və bu ierli burjua-elita heç də Putinin Telman İsmaylova və Araz Ağalarona olan münasibətindən məmnun deyil. Beləliklə mənzərə aydınlaşdı. Rusiyanın öz faşist orta burjuaziyasının Putinə qarşı birinci narazılığı, onun yəhudi əsilli azərbaycanlı millyarderlər ilə səx əlaqələri ilə bağlıdır. Bu yəhudi əsilli azərbaycanlı millyarderlər isə, Rusiyada ancaq Putinə görə öz işlərini apara bilirlər. Putin olmasa, onların dalına bir təpik dəymişdi artıq. Beləliklə əl-əli yuyar məsəli. Necəki bu millyarderlərin, Putinin seçki kampaniyasına xeyli pul xərclədiyinin və ona, rus faşistlərinin acığına, açıq aşkar dəstək olmaqlarının şahidi olduq. İndi qayıdaq Quba məsləsinə. Aydın məslədir ki, Putin Rusiyaya müvəqqəti gəlib. Bizim Rusiyadaki maqnatlarımız da bunu bilir. Deməli onlara zaman lazımdır. Bu zaman nəyə görə laımdır? Öz kapitallarını Rusiyadan Azərbaycana köçürmək üçün. Bunun hazılığı çoxdan gedir. Onlar Avroviziyaya, yeri gəlmişkən Avroviziya elə onların öz projektidir, Rusiyadaki vəsaitlərini yönəltmək istəyirlər. Ancaq burada bir əngəl var. Azərbaycanda oliqarx-maqnatlar ağalıq edir. Telman İsmylovun Ziya Məmmədov ilə işbirliyi söhbətləri də, bu qəbildəndir. Quba hadisələri göstərdi ki, Ziya Məmmədov ilə Telman İsmaylovun sövdası baş tutmayıb. Səbəb isə Ziya və başqa maqnatların Telmanın və Arazın Azərbaycana köçürülməsi gözlənilən pullarına zəmanət verməməsi olub. Bu arada Quba xanı Fətəli xanın yəhudi burjuaziyasına Qubada yer verməsi hadisəsi yadımıza düşür. Yəhudi burjuaziyası, əvəzində, Quba xanını Azərbaycanın ən güclü xanı etdilər. İndi tarix təkrar olunur. Bu dəfə Azərbaycandan Rusiyaya deyil, əksinə Rusiyadan Azərbaycana kapital axını gözlənilir. İkinci məslə. İran amili. Azərbauycan İranın yarısına iddialıdır. Öz növbəsində İrandaki liberal yönlü burjuaziya, əsasən azərbaycanlılar, Azərbaycan Respublikası ilə, daha sıx iqtisadi əlaqələrdə maraqlıdırlar. Çünki Azərbaycan İran burjuaziyası üçün olduqcaəlverişli bazardır. Məsələn kənd təsərrüfatı mallarını İranda hökumət ucuz satmağa məcbur edir. Bu isə sahibkara sərf etmir. Və rəqabət imkanı olan daha sərfəli bazar axtarır. Gələcəkdə İranın böyük bir hissəsində Şimali Azərbaycan kapitalı ilə Cənubi Azərbaycan kapitalının əlaqələrinin güclənməsi gözləniləndir. Və elə burada Rusiyadan köçürülən millyardlar lazım ola bilər. İsrail elitasının Azərbaycan elitası ilə 1,6 millyardlıq silah sövdələşməsi də, öz gələcək maraqlarını Azərbaycanda qorumaq məqsədi ilə baş tutub. Bu havadan hucumdan müdafiyə kompleksləri ilk növbədə Rusiyadan, sonra isə İran və Ermənistandan qorunmaq üçün lazımdır.

Комментариев нет:

Отправить комментарий