08.03.2012

‎"Ərəb Baharı" və "Uoll Striti İşğal Et" Azərbaycan kontekstində


Vüqar Xəzaralı

Cənubi Azərbaycan ilə Şimali Azərbaycanın məqsədi eynidir, içtima-siyasi dəyişiklik, inqilab. Ancaq bu içtimai-siyasi dəyişikliyin, xassiyyəti Azərbaycanın hər iki tayında fərqlidir. Bu gün bir birinə qarşı və paralel olaraq dünyada iki dalğa hərəkət edir. Biri burjua liberal mahiyyətli "ərəb baharı", o birisi də sosial mahiyyətli " Uoll Striti işğal et" hərəkatı. 

Bunlar, bəzilərinin iddia etdiyi kimi, bir birinə zidd hərəkatlar deyil. Əslində bunlar biri o birisinin məntiqi nəticəsi olan hərəkatlardır. Deməli bu ümumi prossesdir, və dünyada hakim olan siyasi və iqtisadi sistemin ümumi böhranıdır. Bu böhran bu sistemin təkində idi, və tez ya gec üzə çıxmalı idi. Dünyada ümumi tələbatın və istehsalın azalması, kapitalist şirkətləri sosial dövlətdən asılı vəziyyətə saldı. Sosializm liberalizmin köməyinə gəldi. Şirkətlər əsasən dövlət sifarişlərini yerinə yetirməyə başladılar. İqtisadiyyatın aparıcı sahələri, dövlətin nəzarətinə keçdi. Çin kimi sosialist dövlət, liberalizmin ən ardıcıl davamçısı oldu. Qərbdə tələbatın azalması səbəbindən, şirkətlər dövlətin əsasən hərbi sifarişlərinə möhtac qaldı. Bunun üçün isə savaş lazım idi. Yeri gəlmişkən dövlət kapitalizmi sovet ittifaqında da var idi, və Əfqanıstan fenomeni də bunun nəticəsi idi. İndi isə Əfqanıstan tələsinə başqa kapitalis-sosialist dövlət düşüb ABŞ. Bu hər iki ölkədə eyni prosseslərin getməsinə işarədir. Sadəcə olaraq, sovet ittifaqı Əfqanıstana daxil olması, daha çox subyektiv qeosiyasi maraqlar ilə əlaqəli idi, yəni birbaşa sovet ittifaqının daxili iqtisadi tələbatı ilə bağlı deyildi. ABŞ Əfqanıstana daxil olması qeosiyasi səbəblərdən başlasa da, sonra bu iqtisadi məqsədlərə tabe edildi. Bu hansı məqsədlər idi, öncə dediyim kimi, xüsusi şikətlərin istehsal etdiyi və reklam edərək satmağa çalışdığı mallara tələbatın, heç nəyə baxmadan, azalması, həmin bu şirkətlərin xaricə hərbi ekspansiya adı ilə, dövlətdən iri həcmli sifarişlərin alması ilə bağlı idi. Və ABŞ müdiriyyətində "qırğılar" qalib gəldi. Əvvəl İraq, sonra Əfqanıstan avantürası, sonra Liviya və sairə və sairə. Ancaq bu xüsusi mülkiyyətə əsaslanan və sosial dövlət ilə sıx əlaqədə olan dövlətə kömək etmədi. Çünki hərbi xərclər bucəyə yük idi, və nəticə etibarı ilə, dövlətin deyil, xüsusi şikətlərin, Trans Milli Şirkətlərin və onunla bağlı bürokratik maşının varlanmasına və şişməsinə gətirib çıxardı. Bu isə öz növbəsində inkişaf etmiş Qərb ölkələrində "Uoll Striti İşğal et" sosial hərəkatının başlamasına səbəb oldu. Şərdqə isə bu bilavasitə liberal"ərəb baharına" səbəb oldu. Çünki geriyə qalmış, yenə də yarı sosialist, yarı liberal-dinçi, Şərq diktaturaları, yeniliyə hazır deyildilər, və dünyada başlanan iqtisadi böhranın o biri tərəfini, yəni azad ticarətin və liberal iqtisadiyyatın inkişafına maneə olurdular. Deməli bir tərəfdən həddən artıq inkişaf etmiş libaral sistemin böhranı, o biri tərəfdən, həddindən artıq inkişaf etmiş sosialist sistemin böhranı. İndi qayıdaq Azərbaycana Avropadan və Ərəbistandan fərqli olaraq, Azərbaycanın bu tayını Avropada gedən prosseslərlə eyniləşdirmək olar. O tayını da ərəb ölkələrində gedən prosseslərlə. Yəni Azərbaycan məsələsində qeosiyasət və mədəniyyətlər qarşıdurması bir millətin daxlində baş verir. Yəni Şimali Azərbaycanda ziddiyətlərin Avropada olan,"Uoll Striti İşğal et" hərəkatına gətirib çıxaran ziddiyətlər kimi baxmaq olar, Cənubi Azərbaycanda isə, ziddiyətlərin daha çox "ərəb baharı" na səbəb olan ziddiyətlərlə müqayisə etmək olar. Bu arada Leninin məşhur əvvəl burjua, sonra sosialist inqilabı tezisi yada düşür. Yəni o birbaşa sosialist inqilabının baş verməsinə inanmırdı, və əvvəlcə burjua inqilabın olmasını zəruri hesab edirdi. Deməli əvvəlcə Təbrizdə burjua inqilabı, sonra Bakıda sosialist inqilabı.

Комментариев нет:

Отправить комментарий