09.03.2012

İTV-nin Yayım Şurasının üzvündən Cahangir Məmmədliyə ittiham


“Şuranın işinin İctimai Televiziyanın fəaliyyətinə nəzarət etmək olduğu halda, İTV-nin sədri İsmayıl Ömərova yarınmaqla məşğul olduğunu deyib” 


İctimai Televiziyanın Yayım Şurasının üzvləri arasında fikir ayrılıqları yaranıb. “Qafqazinfo”nun məlumatına görə, Yayım Şurasının üzvü Miniatür Kitab Mərkəzinin rəhbəri Zərifə Salahova Şuranın sədri Cahangir Məmmədlini İTV-nin direktoru İsmayıl Ömərova qarşı həddən artıq yumşaq mövqe nümayiş etdirməkdə ittiham edib. Z. Salahova C. Məmmədlini işini düzgün yerinə yetirməməkdə günahlandırıb. Şuranın işinin İctimai Televiziyanın fəaliyyətinə nəzarət etmək olduğu halda, İTV-nin sədri İsmayıl Ömərova yarınmaqla məşğul olduğunu deyib. 

O, təmsil olunduqları qurumun indiyə kimi İTV rəhbərliyinə heç bir halda etiraz etmədiklərini, bu qurumun fəaliyyətinin formal xarakter daşıdığını iddia edib. Xanım üzv bütün bunların günahının Yayım Şurasının sədri Cahangir Məmmədlidə olduğunu qeyd edib. 


Məsələ ilə əlaqədar “Qafqazinfo” Z. Salahova ilə əlaqə saxlayıb. Z. Salahova hadisənin doğru çatdırılmadığını desə də, məsələnin necə baş verdiyini izah etməkdən imtina edib: “Xəbəri sizə doğru çatdırmayıblar. Əslində, belə olmayıb”-deməklə kifayətlənib. 


C. Məmmədlinin də mövqeyini dərc etməyə hazırıq. 


Nigar Məmmədli

Комментариев нет:

Отправить комментарий