12.03.2012

"Soros çox qəddar, yalançı insandır"

George Soros has hit back at his ex girlfriend Adriana Ferreyr who is suing him for 50 million calling her a money grabber who is trying to distort him for his fortune photo
Dünyanın ən məşhur maliyyəçi və milyarderlərindən biri, macar əsilli amerikalı iş adamı Corc Sorosun başı dərddədir.


Onun sabiq sevgilisi Adriana Ferreyr milyarderi məhkəməyə verərək 50 milyon dollar məbləğində təzminat tələb edir. Aktrisa Ferreyrin dediyinə görə, Soros onu aldadıb: milyarder ona Nyu-Yorkun Manhetten səmtində 1,9 milyon dollarlıq apartament almağı vəd etsə də, sözünün üstündə durmayıb.
Milli.Az "The Daily Mail"ə istinadən bildirir ki, 81 yaşlı Soros sabiq məşuqəsinə 250 min dollar təklif edərək, məhkəməyə yolladığı iddia ərizəsini geri götürməsini istəyib.

"Soros çox qəddar, yalançı insandır. O, məni emosional işgəncələrə və təqiblərə məruz qoyub. Üstəlik, o mənə fiziki təzyiq də tətbiq edib", - Braziliya teleseriallarının ulduzu Ferreyr deyib.
28 yaşlı aktrisanın sözlərinə görə, Soros onun vəkil qohumu Mauriso Karnyeroya zəng vurub, sonra da məktub yazaraq 250 min dollar təklif edib.
Portuqaliyada "McDonald `s" reklamlarının ulduzu olan aktrisa Ferreyr Sorosla 5 il əvvəl tanış olub.
"Bu illər ərzində o, çox mehriban və gözəl insandı. Sonra o, qəflətən dəyişdi, qəddar, yalançı və sərt insan oldu. Mənimlə belə davranmağının səbəbini bilmirəm, - Ferreyr deyib. - Corcla aramızda 53 yaş fərq var Çoxları belə münasibətləri anlamırlar. Lakin mənimçün əzələliÖ, bədəni döymələrlə dolu, amma ağılsız yaşıdım önəmli deyil. Sorosu da məşz ağlına görə sevirdim.ö Bizim yaxşı, hətta əla münasibətlərimiz vardı".
Ferreyrin sözlərinə görə, Soros ona bahalı hədiyyələr almayıb: "Amma axırda dedi ki, özümə mənzil seçim. Mən də seçdim, Nyu-Yorkdakı mənzili bəyəndim, sənədləri imzaladım. Lakin eşitdim ki, Soros mənə xəyanət edib və mənzili də 39 yaşlı tibb bacısı Tomiko Boltona alıb. Bu, çox pisdi. Ondan niyə belə etdiyi soruşdum, ağladım. Soros yataqda mənə dedi ki, hər şey bitib".
Ferreyrin dediyinə görə, Sorosla mübahisə zamanı 81 yaşlı milyarder onu vurmağa və boğmağa çalışıb.
Belədə Soros fənəri götürərək qadının başına çırpmaq istəyib.
İki dəfə boşanmış Sorosun 5 övladı var.
Onun məşuqəlçri arasında skripkaçı Cennifer Çun və sabiq "Miss Rusiya" Anna Malova da vardı.


Комментариев нет:

Отправить комментарий