12.03.2012

“Yaşıl Qafqaz”ın ikinci sayı işıq üzü gördü


İctimai-siyasi, elmi-nəzəri jurnal olan “Yaşıl Qafqaz”ın ikinci sayı işıq üzü gördü. Jurnalda Gürcüstan Yaşıllar Partiyasının sədri George Kaçeçiladze və Azərbaycan Yaşıllar Partiyasının sədri Mayis Güləliyevin analtik yazıları, akademik Rafiq Əliyevlə müsahibə dərc olunub.
Birinci sayında olduğu kimi bu dəfə də dünyada tanınmış məşhur politoloqların yazıları oxuculara təqdim edilib. Yaşıllar ideologiyasının məşhur nümayəndələri Joel Kovelin, Noam Chomskinin, İmmanuel Vallersteinin, David Dyukun məqalələri də jurnalda yer alıb.
“Yaşıl Qafqaz”ın bu sayında araşdırmaçı jurnalist Rövşən Hacıbəyli və texnika elmləri namizədi Təranə Məmmədova da maraqlı yazılarla çıxış ediblər.
Jurnalı “Qasid”in köşklərindən ala bilərsiz.

Комментариев нет:

Отправить комментарий