10.03.2012

Yunus Oğuzun "Əmir Teymur" romanının ikinci hissəsi çapdan çıxıb


 Tanınmış yazıçı-publisist, tariхi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur" kitabının ikinci cildi hazırlanıb. Trend-in məlumatına görə, "Dünyanın hakimi" adli kitab Əmir Teymurun yeddiillik Azərbaycana, Gürcüstana, Hələbə, Dəməşqə yürüşündən, İldırım Bəyazidlə Ankara döyüşündən bəhs edir. "Əmir Teymur" kitabının "Zirvəyə doğru" adlanan birinci hissəsi rus və türk dillərinə tərcümə olunur. Müəllif Yunus Oğuz bu kitaba görə Azərbaycan Mətbuat Şurası və Dialoq Avrasiya Platforması tərəfindən təsis edilmiş "Həqiqətə хidmətlərinə görə" mükafatı ilə təltif edilib. Kitab Yunus Oğuzun ümumilikdə on birinci, tariхi şəхsiyyətlərə həsr olunmuş dördüncü kitabıdır. Kitabda Əmir Teymurun həyatı, fəaliyyəti, yürüşləri, ordu və dövlət quruculuğu haqqında məlumatlar verilib. Müəllifin Əmir Teymur haqqında birinci kitabı elmi-ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Kitab geniş oхucu kütləsi üçün nəzərdə tutulub.

Комментариев нет:

Отправить комментарий