Azərbaycanlı müğənni Murad Sadığa erməni damğası vurmaq istəyirlər. Müğənni barəsində yayılan şayiələrdə nənəsinin erməni olduğu iddia edilir. Bu şayiəni yayanlar Murad Sadığın Rusiyanın Andrey Malaxovun məşhur "Pust qovoryat" verilişinə çıxması və bundan sonra populyarlaşmasını əsas gətirirlər.
Barəsində gəzən şayiələrdən dünən xəbər tutan müğənni çox əsəbi halda ANS PRESS-ə açıqlama verdi: "Mənim iki nənəm də bakılıdır. Ata nənəm İçərişəhərdən, ana nənəm isə Bilgəhdəndir. Biz əsli-köklü bakılıyıq. Başa düşə bilmirəm bu kimə lazımdır? Yəqin fiziki qüsuruma baxmayaraq qazandığım uğurları həzm edə bilməyənlər bu şayiələri yayırlar".
Eşitdiyi şayiənin şokunu yaşayan Murad "Erməni kimdir axı? Erməni sözü mənim üçün söyüşdür. Şayiəni yayan o adamın kişiliyi və gücü çatırsa gəlib üzümə dursun. Mən bilərəm ona neyləyərəm. Mən ümumiyyətlə haqqımda şayiə yayılmasını xoşlamıram, qalmışdı belə bir şayiə. Kimin ixtiyarı var axı? Məni ləkələmək kimə lazımdır axı? Bu şayiələr mənim sənətinə heç bir xələl gətirməyəcək, özünüzü yormayın!".
qaynar.info
Комментариев нет:
Отправить комментарий